Ağ EV Qarabağ məsələsinin həllində dominant olmaq üçün iqtisadi rıçaqları işə salır...


Ağ EV Qarabağ məsələsinin həllində dominant olmaq üçün iqtisadi rıçaqları işə salır...
Tomas de Vaal: “ABŞ, Avropa İttifaqı və Dünya Bankı regiona “böyük iqtisadi layihə” təklif edə və Cənubi Qafqazda “iqtisadi qovşaq” yarada bilərlər...”
 
Dövlət katibinin köməkçisinin müavini yenə də “ATƏT-in Minsk formatının mühüm rolun”dan dəm vurub...
 
Dekabrın 8-də Amerikanın "Foreign Policy"(“Beynəlxalq siyasət”) jurnalı Gürcüstan paytaxtı Tiflisdə ABŞ-ın Cənubi Qafqaz dövlətləri ilə münasibətləri mövzusunda "FP Virtual Dialoq: Great-Power Plays in the South Caucasus" adlı onlayn dialoq keçirib.
 
Moderator.az xəbər verir ki, bu haqda  Rusiya mediası məlumat yayıb.
 
Diskussiya iştirakçıları bildiriblər ki, Cənubi Qafqaz dövlətləri ilə iqtisadi əlaqələrin inkişafı ABŞ-a regionda itirilmiş siyasi təsirini bərpa etməyə imkan verəcək.
 
Karneqi Sülh Fondunun analitiki, məşhur britaniyalı siyasi şərhçi Tomas de Vaal hesab edir ki, ABŞ, Avropa İttifaqı və Dünya Bankı regiona “böyük iqtisadi layihə” təklif edə və Cənubi Qafqazda “iqtisadi qovşaq” yarada bilərlər. Eyni zamanda o, xarici qüvvələrin iştirakı ilə münaqişənin həlli üçün xeyli vaxt aparacaq Dağlıq Qarabağ mövzusuna da toxunub. De Vaal qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində hazırda dominant rolun Rusiyanın oynaması ilə razılaşır. Şərhçi bildirib ki, o, Rusiyanın dominant rolu ilə razılaşmır, çünki Qarabağda bir neçə ölkənin maraqları üst-üstə düşür. Xüsusilə, o, Azərbaycana “ərazilərinin qaytarılmasında” hərbi yardım göstərən və 2020-ci ilin payızında “münaqişənin kəskinləşməsində demək olar ki, həlledici rol oynayan” Türkiyəni xatırladıb. 
Analitik qeyd edib ki, Rusiya daha çox Azərbaycan və Ermənistan qüvvələrinin balansında maraqlıdır və bununla yanaşı, Türkiyə ilə də münasibətləri korlamaq istəmir.
De Vaalın fikrincə, həm Rusiya, həm də Türkiyənin regionda oxşar maraqları və davranış modeli var.
Tədbirdə  əsas müzakirə mövzusu ABŞ-ın xüsusilə Gürcüstan və ümumilikdə Cənubi Qafqaz regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsi olub.
 
Dövlət katibinin köməkçisinin müavini, Avropa və Avrasiya məsələləri üzrə büronun müavini Erika Olson hesab edir ki, ABŞ Cənubi Qafqaz ölkələrinə öz gələcəklərini müstəqil seçə bilmələri üçün kömək edə bilər. Onun sözlərinə görə, Gürcüstanda bu, xüsusilə, məhkəmə islahatlarının və seçki qanunvericiliyində islahatların başa çatmasıdır.
 
Olson həmçinin bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında nəzərdə tutan dialoqun inkişafına dəstək vermək üçün vasitəçi olmağa hazırdır.
O, ATƏT-in Minsk formatının mühüm rolunu, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müxtəlif beynəlxalq panellərdə görüşməsi faktını qeyd edib.

Tarix: 9-12-2021, 13:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}