Birinci müavin niyə işdən çıxarılıb? - İcra başçısı açıqladı


Bəzi saytlarda Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ramiz Şabanovun işdən azad olunması ilə bağlı yalnış informasiyalar verilir. Bununla bağlı bildiririk ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Ramiz Şabanov dövlət qulluğunda çalışmağının son yaş həddinə çatdığı üçün öz ərizəsinə əsasən işdən azad edilmişdir.
"Ramiz Şabanovun 69 yaşı var. Yaş həddinə görə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Yorulduğu üçün vəzifədən getdi”.

Müstəqim Məmmədov qeyd edib ki, Ramiz Şabanovun və İcra Hakimiyyətinin "Tərtər işi” ilə heç bir əlaqəsi yoxdur.

"Ramiz Şabanov hazırda YAP Tərtər rayon təşkilatının sədri vəzifəsini icra edir”,-deyə o sonda qeyd edib.
 

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fizuli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov isə hazırda öz vəzifələrində çalışırlar.
Əlavə olaraq bildiririk ki, yazı müəllifləri Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratsa düzgün məlumat əldə edərək oxucularına yalnış informasiya verməzdi.

Siam.az 
Tarix: 9-12-2021, 15:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}