"Rusiya onların nə müstəqilliyini, nə də ərazi bütövlüyünü heç vaxt tanımayıb..." - VİDEO


"Onlar öz imperiyalarının qalıqlarını da itirəcək, postsovet dövlətlərini isə dərin derusifikasiya gözləyir"
Rusiyanın iflası: Çin müdriklərinin məxfi məruzələrində nədən bəhs edilib?..
 
 
"Üç ay davam edən savaş Rusiya ordusunun, hərbi- sənaye kompleksinin, iqtisadiyyatının və sosial sahənin çox zəif olduğunu üzə çıxarıb"
 
Çin analitikləri Rusiyanın işıqlı gələcəyinə inanmır və Rusiya Federasiyasının iflasını proqnozlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist və siyasi xadim Andrey Piontkovski "Ukraina 24" telekanalına müsahibəsində bəyan edib.
 
"Çin müdriklərinin protokolları üzə çıxıb. Onlar bu gün sensasiyaya səbəb olub. Bu, Çin Kommunist Partiyasının ali rəhbərliyinə xidmət edən Çin ekspertlərinin məxfi məruzələridir. Bu məruzələr Rusiya- Ukrayna müharibəsi haqqındadır. Onların dəyərləndirmələri bizim sizinlə dəyərləndirmələrimizdən daha qətiyyətlidir, - Piontkovski qeyd edib. - Onlar mahiyyət etibarilə Rusiyanın ölümü barədə danışır, onun məğlubiyyətini labüd hesab edirlər.
Üç ay davam edən döyüş əməliyyatları nəinki Rusiya ordusunun, həm də hərbi- sənaye kompleksinin, bütövlükdə iqtisadiyyatın, sosial sahənin zəif tərəflərini üzə çıxarıb".
 
Ekspert Çin analitiklərinin gəldiyi nəticə ilə razılaşıb: Rusiyanın Ukraynaya hücumu labüd olub.
 
"Onlar düzgün olaraq qeyd edib ki, Ukraynaya qarşı hərbi təcavüz təsadüf deyil, bütövlükdə Rusiya siyasətinin postsovet məkanına olan münasibətinin kvintessensiyasıdır. Onlar keçmiş sovet respublikalarının heç birinin nə müstəqilliyini, nə də ərazi bütövlüyünü heç vaxt tanımayıb", - Piontkovski qeyd edib və əlavə edib ki, Çin analitiklərinin fikrinə görə, belə siyasət Rusiyanın iflasına gətirib çıxarıb.
 
"Onlar öz imperiyasının qalıqlarını da itirəcək. Ukrayna onun orbitindən çıxacaq (belə orbit, ümumiyyətlə, mövcuddursa). Ukrayna Avropa Birliyinin üzvü olacaq, qalan keçmiş sovet respublikalarını isə dərin derusifikasiya gözləyir", - Piontkovski Çin ekspertlətinin sözlərini xatırladıb.
 
Rusiyalı jurnalist qeyd edib ki,  bu zaman Rusiya Çini dost dövlət hesab edir.
 
"Bunu Moskvanı özünün ən böyük müttəfiqi hesab edənlər deyir. Moskvada belə ifadələri təkrarlamağı sevirlər: "Bizim münasibətlərimiz ittifaq anlayışından daha yüksəkdir. Biz çinlilərlə çiyin- çiyinə dayanmışıq".
 
Məni məruzənin məzmunu deyil, belə uzaq stilistika heyrətə gətirib", - Piontkovski sözlərinə yekun vurub.

 
Tarix: 22-05-2022, 22:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}