Erməni bədbəxliyinin rus dirəyi


Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın dünən baş tutat görüşünün nəticəsi, elə görüşün yekununa dair səslənən bəyanatın formal mahiyyətinə tam uyğundur.
İlk növbədə onu demək lazımdır ki, növbəli şəkildə İlham Əliyevlə Nikol Paşinyanın görüşünü təşkil edən Bressel və Moskva əslində Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşmasına əsas məqsəd kimi deyil, regionda öz nüfuz dairəsini saxlamaq və ya qazanmaqdır. Yəni, Ermənistan-Azərbaycan münasibətləri Brüssel və Moskva tərəfindən bir vasitə və alət kimi istifadə edilir. Ancaq bu da həqiqətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Brüssel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və sülh müqaviləsinin bağlanmasında obyektiv səbəblərdən maraqlı tərəfdir. Bəllidir ki, Rusiya Ukraynada apardığı müharibə dövründə Ermənistan-Azərbaycan yaxınlaşmasına və sülh müqaviləsinin bağlanmasına imkan verən deyil və əslində sülh müqaviləsi Azərbaycan üçün o qədər vacib məsələ deyil. Azərbaycan prezidenti İlham Əliyev son  çıxışlarının birində Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağı barədə açıq formada deyib və həqiqətən də Azərbaycan 1920-ci ilə qədər Paris sülh konfransında tanınmış ərazilərini həm beynəlxalq hüquqi əsasla və tarixi ədalət prinsipinə uyğun olaraq hüquqi geri qaytara bilər. Qısası, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması onun milli maraqlarına tam təmin edilməsidir. Ancaq, Ermənistan "sülh müqaviləsi" məsələdə öz milli maraqlarının əksinə hərəkət edir. Bu isə onu göstərir ki, Ermənistan xaricdən,  yəni Rusiya tərəfindən  idarə olunur və əvvəlki açıqlamalarımda qeyd etdiyim kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Rusiya üçün heç bir öhdəlik yaratmır və Azərbaycanın problemləri bilavasitə Rusiya adlı şovinist, imperialist, işğalçı dövlət ilə bağlıdır. Ermənistan isə bu missiyanı yerinə yetirən vasitədir və hansı ki, prosesdə ara-bir öz oyununu oynamağa çalışır.  O ki, qaldı Rusiyaya, əlbəttə ki, ABŞ SSRİ-nin dağılması prosesinin son mərhələsini həyata keçirir və bu son mərhələdə Rusiyanın özünün parçalanması həyata keçirilir. Bu plan hələ II-ci dünya müharibəsindən dərhal sonra hazırlanmış plandır və mərhələli reallaşdırılır. Rusiya üçün Ukrayna tələsi də bu planın tərkib hissəsidir. Əgər diqqət yetirmisinizsə Rusiya Ukrayna müharibəsində SSRİ bayrağından istifadə edir və SSRİ-nin qalib gələcəyinə işarə edir. Ancaq ki, Rusiyanın da taleyi SSRİ taleyi kimi bitəcək və bu tarixi zərurət, geriyədönməz prosesdir. Qənaət budur ki, Azərbaycan ancaq öz iradəsi və müzəffər ordusu ilə sərhədlərin delimitasiya və deklarasiyasını aparıb, Ermənistan dövlətini sülhə məcbur edəcək, ancaq bu dəfə cənab prezident İlham Əliyev demişkən Azərbaycan daha 30 il gözləyın deyil. İndi seçim Ermənistanındır, istəyir ruslara qulaq asınlar, istəyir  asmasınlar, necə deyərlər onsuz da "güc doğana düşür"...
Vüqar Dadaşov MCP SŞ-nın üzvü politoloq
Siam.az
Tarix: 23-05-2022, 16:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}