Putin blef edirmi


Referendumu, gözlənildiyi kimi, bir neçə ayın deyil, bir neçə günün içində keçirmək “plan deyil, planın iflasıdır”.
Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Bu, Rusiya qüvvələrinin Xarkov vilayətində bəzi ərazilərdən çıxarılması fonunda baş verir. Üstəlik, Ukraynanın işğal olunmuş vilayətlərinə Kremlin təyin etdiyi məmurlar bu ərazilərin ilhaqı üzrə referendumların keçiriləcəyini açıqlayıblar.
Putin bu gün – sentyabrın 21-də çıxışında nüvə təhdidi də səsləndirib, deyib ki, Rusiya öz ərazisini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək. “Bu, blef deyil”, – o, sözlərinə əlavə edib.

Putinin səbəbi

Qərb referendum planlarını pisləməkdədir. Təhlilçilərin fikrincə, gələn ay 70 yaşı tamam olacaq Putin bu saxta səsvermələrdən isitifadə edərək “Rusiya” ərazisinin hücum altında olduğunu iddia edə bilər.
“Xarici əsgərlərin Rusiya sərhədini keçməsi – sərhədin təzəlikcə dəyişdirilməsinə baxmayaraq – Putinin əlinə səfərbərlik, indiyədək yayındığı Ukrayna obyektlərini hədəfə almağa girəvə verəcək, nüvə təhdidlərinin abstraktlığını azaldacaq”, – Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Aleksandr Baunov sentyabrın 20-də Twitter-də yazıb.

“Moskva ümid edir ki, bu fərq münaqişəni sıravi rusiyalılar üçün daha legitim edəcək”, – o, sözlərinə əlavə edib.

Qorxu səpmək

Vaşinqtonda yerləşən Rand Corp təhlil mərkəzindən Dara Massikotun fikrincə, Kreml Kiyevi, həmçinin Ukraynanın döyüş uğurlarında vacib hərbi dəstək göstərmiş Qərb ölkələrini qorxutmaq istəyir.
“Onlar ümid edirlər ki, anneksiya beynəlxalq sistemi sarsıdacaq, “Rusiya ərazisi”ylə bağlı nüvə təhdidləri atəşkəsə səbəb olacaq, Ukraynaya dəstəyi azaldacaq”, – Massikot sentyabrın 20-də yazıb.
Azadlıq radiosu
Tarix: 21-09-2022, 22:05




Xəbər lenti

{sape_links}{sape_article}