Ekoloji problemlər: 200 ilə qədər yaşayan təhlükə...

 Gündəlik həyatımızda ən çox istifadə olunan əşyalardan biri də plastik qablardır. Son illər plastik qablaşdırma getdikcə daha çox sahəni əhatə edir. Əvvəlki illərdə plastik qablar ancaq su satışında istifadə edilirdisə, sonradan  içkilər də plastik qablarda satılmağa başladı. Bu gün isə süd məhsullardan tutmuş, gündəlik ərzaq məhsullarına qədər əksər malları plastik qablarda alırıq.Azərbaycanda son zamanlar məhsulların plastik qablarda qablaşdırılması geniş yayılıb. Ərzaq məhsullarından tutmuş, geyim mallarınadək hər bir mal plastik qab və torbalarda verilir. Bu qablara gözümüz öyrəşsə də, çoxumuz bunun ziyanı barədə düşünmürük. Hətta gündəlik mətbəxdə belə plastik qablardan istifadə edənlər az deyil.Ərzaqların plastik qablarda qablaşdırılması azmış kimi, plasmas mətbəx qablarının da istehsalı və satışı geniş vüsət alıb. Bu qabların alıcısı kifayət qədərdir.Hazırda plastik qablardan daha çox istifadə edilən sahələrdən biri də restoran və kafelərdir. Sifariş verdiyimiz isti və soyuq yeməklər bizə plastik qablarda çatdırılır. Bu gün demək olar ki, bütün ticarət obyektlərində istehlakçıların aldıqları mallar polimerdən hazırlanan torbalarda qablaşdırılır. Bir sözlə, plastik stəkanda satılan sudan içir, plastik qabda gətirilən isti yeməkləri plastik çəngəl və qaşıqla yeyirik. Plastik qablar aldığımız qatıq, süd, pendir və digər süd məhsulları ilə birlikdə evimizə daxil olur. Bütün ərzaq məhsullarını isə polietilen torbalarda daşımağa artıq çoxdan vərdiş etmişik. Amma fərqində deyilik ki, maliyyə cəhətdən istehsalçılara və xidmət obyektlərinə ucuz başa gələn plastik qablar, polietilen torbalar bizim sağlamlığımıza necə baha başa gəlir. Bunu nəzərə alan bir çox ölkə qida məhsullarının plastik qablaşdırılmasını məhdudlaşdırıb. Hətta mağaza və super marketlərdə işlədilən polimerdən hazırlanan torbalar da kağız torbalarla əvəz edilir. Amma biz yediyimiz ərzaqdan tutmuş, geydiyimiz ayaqqabıyadək hər bir malı plastik torbalarda və qablarda almağa öyrəşdiyimizdən çoxumuz bunun ziyanı barədə düşünmürük. Halbuki ekspertlər bunun böyük fəsadlar törədəcəyi ilə bağlı həyəcan təbili çalırlar.Plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır.Ekspertlər günəş şüaları altında plastik qablarda su satılmasının da təhlükəli olduğunu bildirir: Plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su qabları da insan sağlamlığı üçün təhlükəlidir. Plastik qabların tərkibində olan polikarbonat istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Plastik qabların hazırlanmasında istifadə olunan digər kimyəvi maddələrin də ayrılaraq qidaya qarışması orqanizmimiz üçün əsl təhlükə mənbəyidir. Ən acınacaqlısı isə odur ki, bir çox halda hətta uşaqlara plastik butulkalarda isti süd və ya çay verilir. Hazırda apteklərdə satışa çıxarılan azyaşlıların qidalandırılması üçün nəzərdə tutulan qabların əksəriyyəti plastikdən hazırlanıb. Demək olar bütün körpələr həmin qablarda olan məhsulla qidalandırılır. Uşaq orqanizminin zərifliyini nəzərə alsaq, bunun onlara nə qədər mənfi təsir göstərəcəyini təsəvvür etmək çətin olmaz.  Həmin qabların hər birində saxlanılan qidalar müəyyən temperaturlarda olmalıdır. Bir çox halda isə plastik qablarda müxtəlif turşular saxlanılır. Bu zaman isə plastik qabın tərkibindən həmin zərərli maddələrin qidaya keçməsi mümkündür. Buna görə də həmin qablardan istifadə yolverilməz sayılır.Ekoloqlar isə hesab edir ki, plastik qablaşdırma insan orqanizmi ilə yanaşı, ətraf mühitə də ciddi zərər vurur. Qiymətinə görə əlverişli olan, məlumat daşıyıcısı qismində və reklam üçün geniş istifadə edilən, yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyir. Belə ki, həmin maddələrin çürüməsi üçün təxminən 100 il vaxt lazım olur. Halbuki hər il yüz tonlarla bu cür qablar istifadə edilərək sonradan zibil poliqonlarına atılır. Deməli, özümüzü və yaşadığımız mühiti qorumaq  üçün fikirləşməyə dəyər…Plastik  əşyalardan (qab, stəkan, çəngəl, qaşıq, bıçaq və s.) müəyyən şəraitdə ayrılan toksik maddələr  insan orqanizminə daxil olaraq  sağlamlığa zərbə vurur. ABŞ tədqiqatçıları hesab edir ki, insan orqanizminə toksik maddələrin 80%-i  plastik qab-qacaqlardan daxil olur. Belə qab-qacaqlardan müəyyən toksik birləşmələr qida ilə insan orqanizminə keçir. Polinivinilxlorid   (PVX) tərkibi xlordan ibarət olan polimerdir. Bu adlı plastiklər bütün dünyaya yayılıb və olduqca ucuzdur. Bu maddədən içməli su üçün butulkalar, kosmetik vasitələr üçün qablar, birdəfəlik istifadəyə nəzərdə tutulan qablar hazırlanır. Zamanla  PVX zərərəli koserogen maddə olan - vinilxlorid ifraz edir. O butulkadan içkiyə, plastik qabdan qidaya keçərək orqanizmimizə daxil olur. Su üçün nəzərdə tutulmuş  qaba təkrar olaraq heç bir içki tökmək olmaz.  Təkrar olaraq yalnız RET- butulkalarından istifadə etmək olar. Birdəfəlik  istifadə üçün nəzərdə tutulmuş stəkanları adından göründüyü kimi bircə dəfə istifadə etmək lazımdır.  Turşməzə şirələri, qazlı və qaynar suları onlarda içməmək məsləhət görülür. Polipropilen (PP kimi qeyd olunur) stəkanlar +100 dərəcəyə qədər temperaturu saxlayır. Lakin onlardan qaynar su və ya çay içdikdə böyrəklər və gözlər əziyyət çəkir.Plastik qablar nə qədər geniş yayılsalar da, biz mümkün olduğu qədər şüşə, taxta və  poladdan hazırlanmış qablardan istifadə edək və gündəlik həyatımızda üstünlüyü həmin qablara verək.                   İsrafil Paşayev                                                                                                                                                                           9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri.                                                                       Siam.az
Tarix: 3-11-2018, 21:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}