“Avtomobillərə texniki baxışı DYP keçirməməlidir” – Ekspert




“Bunun üçün servislər yaradılmalıdır”


“Dövlət Yol Polisinin texniki baxış məntəqələri bu işin öhdəsindən gələ bilmir”.

Bunu AzNews.az-a yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O, bu sistemin yenilənməsinin lazım olduğunu deyib: “İnkişaf etmiş ölkələrdə texniki baxış işlərinə xüsusi servislər baxır, bizdə Dövlət Yol Polisi baxır. Sovet dövründə avtomobillərin sayı indikindən qat-qat az idi. O dövrdə nəqliyyatla bağlı xüsusi müəssisələr və polislər texniki baxışı birgə həyata keçirirdi. Amma artıq o dövr deyil. İndi avtomobillərin sayı çoxdur və DYP-nin texniki baxış məntəqələri bu işin öhdəsindən tam gələ bilmir. Texniki baxış həm də ciddi maliyyə tələb edir, bunun üçün dövlət büdcəsindən çox pul xərclənir. Buna görə də texniki baxış DYP-dən alınmalıdır. Azərbaycanda da bu belə olmalıdır, bunun üçün cəmiyyətin və dövlətin inanacağı servislər yaradılmalıdır”.

Tarix: 6-11-2018, 09:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}