Xırdalan iflic vəziyyətinə düşüb – ŞİKAYƏT


Xırdalan iflic vəziyyətinə düşüb – ŞİKAYƏT

Xırdalanda yolların iflic vəziyyətinə düşməsi ciddi problemlər yaradıb.

Cebhe.info xəbər verir ki, xeyli vaxtdır Abşeron rayonunun Xırdalan şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən layihənin icrası piyadaların hərəkətində çətinlik yaradıb.

Sakinlərin sözlərinə görə,  Xırdalanın bütün yollarını qazıblar. Xırdalan şəhəri Mehdi Hüseynzadə kücəsi 3, məhələ 26-da yolların vəziyyəti daha acınacaqlıdır. 

Sakinlərin dediyinə görə, hava yağışlı olanda vəziyyət daha da pisləşir. Əlaqədar qurumlar isə orada aparılan işlərin 2019-cu ilin iyul ayında bitəcəyini bildirirlər.

Xatırladaq ki, Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi işlərinə 2017-ci ilin iyul ayında başlanıb.


Tarix: 17-11-2018, 16:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}