“Ekoloji İnformasiya”İB-yi Ağcabədi şəhərində növbəti məlumatlandırma sesiyyası keçirib

        İyulun 24-də Ekoloji İnformasiya İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “ Bərk məişət tullantılarının idarəolunması ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması “ layihəsi çərçivəsində sayca üçüncü tədbirini keçirib.Rayon Tarix Diyarşünaslıq Muzeyində keçirilən məlumatlandırma sesiyyasında əsasən bələdiyyə sədrləri,Mənzil Kommunal Təsərrüfatı işçiləri iştirak ediblər.Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı tədbiri açaraq iştirakçıları salamlayıb. Layihə tədbirlərinin uğurla həyata keçirildiyini, qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Qeyd edib ki, təşviqat materialları çap olunaraq paylanmış, Beyləqan şəhərində məktəblilər və müxtəlif kateqoriyadan olmaqla peşə adamları üçün məlumatlandırma sesiyyaları təşkil olunmuşdur. Habelə layihə rəhbəri Ağcabədi şəhərində keçirilən  sayca üçüncü olan tədbiri layihənin uğurlu sonluğu adlandırıb.Musa Muradlı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının göstərdiyi  dəstəyi yüksək qiymətləndirib. Müsbət təşəbbüslərin dəstəklənməsinə görə Şura rəhbərliyinə və  əməkdaşlarına təşəkkürünü bildirib.Layihə üzrə ekspert Aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev Bərk məişət tullantılarının müasir dünyamızda yaratdığı problemlərdən danışıb. Məişət tullantılarının idarəolunması istiqamətində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Prezident İlham Əliyevin Bərk məişət tullantılarının idarəolunması ilə bağlı qəbul etdiyi tədbirlər planının bu istiqamətdə aparılan ekoloji siyasətin dəyişən, dinamik olaraq yeniləşən uğurlu fəaliyyət hesab edib. Xosrov Musayev bildirib ki, tədbirlər planına əsasən Paytaxt Bakı ilə yanaşı regionlarda da tullantıların emalı həyata keçiriləcək ki, bu da ətraf mühitin mühafizəsinə və tullantıların təkrar emalı hesabına enerji ehtiyyatlarımızın artırılmasına töhfə vermiş olacaqdır.İctimai fəal Rasim Zeynalov hazırki layihənin aktuallığını qeyd edib. Bələdiyyələr üçün belə bir məlumatlandırma tədbirinin keçirilməsini müsbət hal kimi qiymətləndirib. O, bildirib ki, beynəlxalq təcrübədə tullantıların düzgün idarəolunmaması bəzən rəhbər vəzifəli şəxslərin qınaq obyektinə çevrilməsinə səbəb olub. İşini düzgün qura bilməyən şəxslər cəmiyyətin etirazları ilə belə hətta qarşılaşmış olublar. Məişət tullantılarının idarə olunması düzgün təşkil olunmalı, yaşayış məntəqələri təmiz saxlanmalıdır. Əks təqdirdə əhalinin sağlamlığı üçün təhlükələr yaranmış olur.Sonda Bərk məişət tullantılarının idarəolunması barədə hazırlanmış çap məhsulu, buklet iştirakçılara paylanıb.  
Tarix: 27-07-2019, 16:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}