Qatil doğmalar - ölkəni silkələyən dəhşətli hadisələrin səbəbi nə...


Ekspertlər cəmiyyətdə aqressiyanın artmasının  səbəbinin mənəvi dəyərlərin aşınmasında və GMO qidalarda görür

Son vaxtlar insanların doğmalarının qatilinə çevrilməsi ilə bağlı dəhşətli xəbərlərlə tez-tez rastlaşırıq. İnsanlar ən xırda məsələdən ötrü ən əziz yaxınlarına, o cümlədən ata-anasına, həyat yoldaşına, körpə uşaqlarına qarşı aqressiv davranır, amansız cinayətlər törədir, qatil doğmalara çevrilirlər. Məsələn, ötən gün Tovuz rayonunda baş vermiş hadisə bir daha bu məsələni gündəmə gətirmiş oldu.

Belə ki,  rayonun Aşağı Quşçu kəndində oğul atanı pensiya kartına görə amansızcasına qətlə yetirib. Hadisənin ilkin təfərrüatları haqda bildirilir ki, kənd sakini 85 yaşlı Məsimov Müzəffər Bayram oğlu uzun müddət oğlu Rasim Məsimovda olan özünə məxsus pensiya kartını geri istəyib. 50 yaşlı oğul R.Məsimov isə atasının dedikləri ilə razılaşmayıb. Ata ilə oğul arasında yaranan mübahisə davaya çevrilib. Oğlu çəkiclə atasının başına zərbə endirib. M.Məsimov aldığı xəsarətdən dünyasını dəyişib.

Bir neçə gün öncə isə Şəmkir rayonunun Sarıtəpə kəndində keçmiş ər münaqişə zəminində keçmiş həyat yoldaşı, qayınanası və 2 yaşlı övladının yaşadığı evə od vurub. Nəticədə gənc qadın və anası ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, 2 yaşlı uşaq isə faciəli şəkildə yanaraq dünyasını dəyişib.

Beləliklə, bu cür qan donduran hadisələr cəmiyyətdə getdikcə geniş vüsət almağa başlayıb. Bəs doğmaların qatilə çevrilməsinin əsas səbəbləri nədir? Mütəxəssislər çıxış yolunu nədə görür? Bununla bağlı qanunvericilikdəki cəzaların sərtləşdirilməsinə ehtiyac varmı?

hüquqÅünas ÆlövsÉt Allahverdiyev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a danışıb O deyib ki, əvvəllər də belə hadisələr olub:“Amma o zaman sosial şəbəkələr yox idi, insanlar baş verən bu cür hadisələrdən çox zaman xəbər tuta bilmirdi. İndi uzaq bir bölgədə hadisə baş verəndə dərhal sosial şəbəkələrdən o haqda məlumat almaq olur. Doğrudur, əvvəllər də qanlı cinayətlər baş verirdi, amma insanlar öz doğma ata-anasına, övladına qarşı bu cür vəhşiliklər törətmirdi. Olsaydı belə, sayı bu qədər çox deyildi. İndi mənəvi dəyərlər ayaq altına alındığından, ata-anaya qarşı münasibətin dəyişdiyindən artıq belə hallar adiləşib.

Düşünmürəm ki, bu cür amansız hadisələrlə bağlı cəzaların daha da ağırlaşdırılmasına ehtiyac var. Onsuz da Cinayət Məcəlləmizdə bununla bağlı konkret cəzalar tətbiq edilir. Yəni bu cəzalar cinayətin doğmaya və yaxud yad adamlara qarşı edilməsinə görə fərqlənmir. Cəzanı nə qədər sərtləşdirmək olar ki? Konkret olaraq qəddarcasına adam öldürülməsi ilə bağlı cinayət cəzası var.

Düşünürəm ki, insanların təfəkküründə dəyişiklik olmalıdır. İnsan öz doğmasına qarşı necə belə qəddarlıq göstərə bilər? Tovuzda baş verən hadisə qan dondurur. Təsəvvür edin, pensiya kartına görə oğul atasını vəhşicəsinə öldürüb. Bu cür hadisələrdə məlum olur ki, şəxs ya narkotik, ya da içki düşkünü olur və pul lazım olduğu üçün heç nəyi nəzərə almayaraq yaxınlarına qıyır. Hesab edirəm ki, insanların təfəkkürünün dəyişməsi ilə yanaşı, yeni iş yerləri açılmasına böyük ehtiyac var".

Sosioloq ÆhmÉd QÉÅÉmoÄlu ile ilgili görsel sonucu

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bu məsələ ilə bağlı dəfələrlə müzakirə və çağırışların aparılmasına baxmayaraq lazımi təşkilatlar bu istiqamətdə iş aparmaq istəmir: “Uzun illərdir ki, bu məsələ ilə bağlı araşdırma aparır, müzakirələr edirik. Lakin aidiyyəti təşkilatlar bunu görməzdən gəlir. Min illərdir ki, bütün dini kitablar, peyğəmbərlər, müdrik insanlar bizə deyir ki, hansı cəmiyyətdə mənəvi dəyərlərə önəm verilir, öz-özünü tənzimləyə bilir, orada hər şey qaydasına düşür. Əlbəttə ki, mənəvi dəyərlər arxa plana keçəndə başqa dəyərlər ortaya çıxır, eybəcər hallar qaçılmaz olur, neqativlik, gərginlik artır. Mənəvi dəyərlər itəndə həmin cəmiyyət idarəolunmaz hala gəlir.

SSRİ-də o qədər eybəcər hadisələr baş verirdi. Tutaq ki, insanları sürgün edir, öldürür, güllələyirdilər. Amma bir tərəfdən də cəmiyyətə, insanlara mədəniyyət, incəsənət aşılanır, əxlaqi dəyərləri önə çıxardırdılar. Bu gün yenidən o dəyərləri geri qaytarmağa çalışmalıyıq".

Psixoloq FÉrqanÉ Mehmanqızı ile ilgili görsel sonucu

Psixoloq Fərqanə Mehmanqızı da məsələnin psixoloji tərəflərindən söz açıb: “Cəmiyyətimizdə artıq geniş vüsət almağa başlamış bu problemin bir çox səbəbləri var. Belə ki, insanların psixologiyası xırda-xırda problemlərdən yüklənməyə başlayır. Nəticədə insanların bir-birinə qarşı hörməti, sevgisi, qarşılıq güvənisi azalıb. Bütün bunların hamısı toplaşaraq ümumilikdə bir şəxsiyyətin formalaşmasına gətirib çıxarır.

Son vaxtlar sosial şəbəkələrdəki vəziyyəti də aydınlaşdıranda bir daha sübut olunur ki, insanlar bu gün bir-birinə qarşı çox aqressiv, dözümsüz, sərt, qəddar olub. Sanki qanunlar, Allah qorxusu olmasa insanlar anındaca bir-birini parçalayar, əzərlər. Yəni münasibətlər bu həddə qədər gəlib çatıb. İnsanlar sanki robotlaşıb. Hər kəs “mən deyən olmalıdır” deyir. Lakin bunu deyəndə məsələni dərindən araşdırmır, səhvi ya görmür, ya da görməyə çalışmır.

Ümumiyyətlə, bu gün sosial şəbəkə, televizor, internet o qədər həyatımıza girib ki, insanlar 2 saat özləri ilə tək qalmır, gün ərzində buraxdığı səhvləri araşdırmır. Bu da ən böyük faciədir.

Digər faciəmiz odur ki, insanlar “başqaları nə düşünər” fikrinə əsaslanaraq öz həyatını, davranışlarını tənzimləyir, sanki başqaları üçün yaşayır, qarşılıqlı söhbət etməkdən qaçır, sosial şəbəkələrdə yayılan hadisələri izləyir və onları təkrarlayır".

Psixoloq mətbuatda dərc edilən başlıq və yazıların da bu məsələyə təsir göstərdiyini bildirdi: “Bəzən düşünülməmiş başlıq və yazılar psixologiyası zəif olan insanları cinayətə, intihara sövq edir”.

Psixoloq bəzi qidaların da insanlarda aqressiya yaratdığını dedi:

“Bəli, bu doğrudur ki, qidalar insanların psixologiyasına təsir edir. İnsanların ruhu 5 amildən qidalanır, bunlar-qoxu, görünüş-göz, musiqi, dəri toxunması və dad bilmə. Bəzi qidalarda olan mənfilər hormonlara təsir edir, bu da bizi aqressivləşdiir. Bu haqda müəyyən araşdırmalar da var”.

diyetoloq Leyla Zülfüqarova ile ilgili görsel sonucu

Xatırladaq ki, diyetoloq Leyla Zülfüqarova da “Yeni Müsavat”a açıqlamasında qeyd etmişdi ki, cəmiyyətdə insanların bir-birini amansızcasına öldürməsi, işgəncə verməsi, kişilərin körpələri öldürməsi və ya zorlaması hallarının artma səbəblərindən biri doğru qidalanmamaqla bağlıdır:

“GMO (Geni Modifikasiya olunmuş qidalar) tərkibli qidalar insanlarda mərhəmət hissini məhv edir və onları azğınlaşdırır. Cəmiyyət olaraq GMO qidalardan uzaq durmalıyıq. GMO-lar narkotik qədər qorxuludur. Sinir sisteminin fəaliyyətini tamamilə dondurur, baş-beyində vacib funksiyalara ciddi zərər yetirir. Insanlarda mərhəmət hissini məhv edir. Onlar vəhşi hərəkətlər edərək anlıq həzz yaşayırlar. Həmin qidaların satışı qadağan edilməlidir”.

Bəs hazırda daha çox geniş yayılmış GMO qidalar hansılardır?

Mütəxəssislər qeyd edir ki, bu siyahıya fast-foodlar, çizburger və qamburgerlər, böyük ölçülü toyuq budları, enerji içkiləri, popkornlar aiddir. O cümlədən “kola məhsullarının tərkibi GMO-dan ibarətdir.


Tarix: 23-08-2019, 10:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}