Zığdakı modul tipli xəstəxanada YENƏ ÖZBAŞINALIQDIR - NARAZILIQ!
Fövqəladə Hallar Nazirliyinə məxsus Zığdakı modul tipli xəstəxanın baş həkimi İmran Ağayev korrupsiya faktı ilə həbs olunmasına baxmayaraq, koronavirus xəstələrini müalicə edən bu tibb müəssisəsində neqativ hallar rada qalxmayıb.
TİA.Az-ın məlumatına görə, hələ də xəstələrə qarşı laqeydlik, baxımsızlıq, normal qulluq göstərilməməsi davam etməkdədir. Gələn xəbərlərə görə, “covid” xəstələrinin yaxşı müalicə olunmaması, diqqətsizlik ucbatından ölüm faktları qeydə alınmaqdadır.
Bu barədə jurnalist Elçin Rüstəmli də yazıb. Onun sözlərinə görə, dostunun anası koronavirusa yoluxub. Təcili yardım çağırılıb və xəstəni FHN-nin Zığdakı Modul Xəstəxanasına aparıblar. Xanım evdən aparılarkən olduqca ağır vəziyyətdə olub, amma görün nə baş verib:
“Bir gün sonra xəstə telefonla ailəsinə zəng edərək onu təcili bu xəstəxanadan çıxarılmasını xahiş edib. Məlum olub ki, xəstəyə bir sutka ərzində heç bir yardım göstərilməyib, ümumiyyətlə heç bir yardım!
Dostumun ailəsi böyük çətinlikə xəstəni oradan çıxarıb evə gətiriblər, hazırda ev şəraitində müalicə olunur. Təsəvvür edin, ciyərləri 80 faiz buzlamış xəstəyə heç bir yardım göstərməyiblər.
Ötən ay bu xəstəxananın baş həkimini 4-10 min manata çarpayı satdığına görə tutublar. Mən buradakı alverlə bağlı hələ dekabr ayında yazmışdım, konkret faktlar təqdim etmişdim.
Amma təəssüf ki, 4-5 ay sonra, minlərlə insanı burada soyub-soğana çevirdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçdilər.
Eyni laqeydlik, vicdansızlıq başqa modul xəstəxanalarda da baş alıb gedir. Bir həftə öncə Tovuzda, kəndimizdən həmyaşdım bir xəstə Qazaxda koronavirus xəstəxanasında vəfat etdi. Öyrəndim ki, xəstənin yaxınlarından israrla pul tələb edirlərmiş.
Mərhumun vəfat etməsindən sonra cənazəsi xəstəxanada otaqların birində üstüaçıq vəziyyətdə qalıbmış. Mərhumun yaxınları onun cənazəsini hazırladıb gətirib kənddə dəfn etdilər. Onun üç azyaşlı uşağı vardı…”
Redaksiyamıza gələn başqa bir xəbərdə isə deyilir ki, bu günlərdə 42 yaşında biri xəstəxanada dünyasını dəyişib. Onun da müalicəsinə ürək yandırmayıblar, səhlənkarlıq, etinasızlıq göstəriblər.
Ümumiyyətlə, Zığdakı bu xəstəxanada həbslərdən sonra ciddi irəliləyişlər olmayıb. Görünür, kökündən dəyişikliklərə ehtiyac var.
Tarix: 18-05-2021, 09:46
-
Bu gün, 13:57
"Davay, do svidaniya" - Rusiya Qafqazdan niyə getməli olur...
-
Bu gün, 13:55
“BİZİ XAOS GÖZLƏYİR” - “Putin mənimlə şəxsi söhbətində dedi ki...”
-
Bu gün, 13:16
Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT
-
Bu gün, 13:10
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Bu gün, 13:01
İdman Akademiyasında “akademik korrupsiya”: rektor yeyinti ixtisasıni necə icra edir?
-
Bu gün, 10:31
Oğlu övladından imtina edən Mikayıl İsmayılov kimdir: qaranlıq keçmiş, gizli əlaqələr, iqtisadi imperatorluq
-
Bu gün, 10:29
“Bu dəfə də parlament seçkiləri majoritar seçki sistemi ilə keçiriləcək”
-
Bu gün, 09:18
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
-
Bu gün, 09:16
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? – Rəsmi AÇIQLAMA
-
Bu gün, 09:08
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılması 1 iyuldan sonra...– RƏSMİ AÇIQLAMA
-
Bu gün, 09:04
Deputat Ülvi Quliyevin 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
-
Bu gün, 08:53
Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır - NƏ ETMƏLİ?
-
Bu gün, 08:50
Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Bu gün, 07:43
Göyçay sakinləri AĞIR DURUMDA... - NARAZILIQ
-
Bu gün, 07:42
Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır
-
Bu gün, 07:42
Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 07:42
Qəssabın 17 minlik ətini alaraq restorana satdı, pulunu vermədi - MƏHKƏMƏ
-
Bu gün, 07:41
“ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”
-
Bu gün, 07:40
Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
-
Bu gün, 07:40
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI
-
Bu gün, 07:40
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
-
Bu gün, 07:40
Sumqayıtda məktəbdə 188 min manatlıq mənimsəmə - Cinayət işi açıldı
-
Bu gün, 07:40
"Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... - İŞ MƏHKƏMƏDƏDİR
-
Dünən, 23:13
Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
-
Dünən, 22:09
Klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - FOTOLAR
-
Dünən, 22:08
Lənkəranda 22 yaşlı tələbə Könülün qətlində şübhəli bilinən Elvin –FOTO
-
Dünən, 22:05
"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı
-
Dünən, 22:03
Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
-
Dünən, 22:01
Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR - TƏFƏRRÜAT
-
Dünən, 21:59
Qərbin "havası ilə oynayan" Ermənistan: - Rusiya Nikolu cəzalandırır
{sape_links}{sape_article}