Azərbaycan qapılarını aça bilər: "Sərhədlərin çoxtərəfli açılması ilə bağlı məsələyə də baxılır " - RƏSMİ


Azərbaycan qapılarını aça bilər: "Sərhədlərin çoxtərəfli açılması ilə bağlı məsələyə də baxılır " - RƏSMİ

Bildiyimiz kimi, artıq bir çox ölkələrdə turizm mövsümünə start verilib və pandemiyaya baxmayaraq, turist qəbuluna başlanılıb.
Məsələn, Yunanıstan, Portuqaliya, Kipr, Çexiya, Bolqarıstan və.s ölkələr "bağlı qapılar"ını turistlərə açıq edib. Bu ölkələrin hər birində qəbul şərtləri bir qədər fərqlənsə də, əsas istinad nöqtəsi vaksinasiya ilə bağlıdır.
Belə ki, ölkənin peyvəndləmə kampaniyasının tam və ya çox hissəsinin aparıldığı turistik bölgələrin açılmasına qərar verilib. Eyni zamanda, bu qayda gələn ziyarətçi üçün də keçərli hesab edilir. Vaksinasiya prosesindən keçən və karantinlə bağlı xüsusi qaydalara əməl edən turistlərin ziyarətinə heç bir əngəl törədilmir.
Maraqlıdır ki, Azərbaycanda turist qəbulu ilə bağlı işlər görülürmü, plan hazırlanırmı? Bununla əlaqədar Operativ Qərargaha müraciət edilibmi?
Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, hazırda müzakirələr aparılır:
"Azərbaycan turizm sənayesi sərhədlər açılan kimi qonaqları qəbul etməyə hazırdır. Bunun üçün infrastruktur da, insan resursları da, məhsullar da var. Sərhədlərin açılması məsələsi ilə bağlı əlbəttə ki, müzakirələr aparılır. İkitərəfli sərhədlərin açılması mexanizmi, təcrübəsi öyrənilir. O ölkələrlə sərhədlərin açılması məsələsi müzakirə edilir ki, orada vaksinasiya yüksək səviyyədə aparılıb, peyvəndləmə kampaniyası əhalinin çox hissəsini əhatə edib. Bundan əlavə, sərhədlərin çoxtərəfli açılması ilə bağlı məsələyə də baxılır. Əlbəttə ki, bu qərarı Operativ Qərargah verəcək. Azərbaycanda olan əsas yanaşma insanların sağlamlığını təmin etmək, nəzarətdə olan situasiyaya heç bir xələl gətirməməkdir. Bütün qərarlar da buna əsasən verilir. Sərhədlərin açılıb-açılmaması virusla bağlı nəzarət edən qurumların səlahiyyətində olan məsələdir. Biz Dövlət Turizm Agentliyi olaraq, bu müzakirələrdə iştirak edirik və mövzu ilə əlaqədar müxtəlif təkliflərə baxılır. Yəni, həm çoxtərəfli, həm ikitərəfli sərhəd açılması məsələsinin müzakirələri hazırda aparılır".
Tarix: 19-05-2021, 09:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}