Elman Nəsirov deputatı olduğu Cəlilabadın qazlaşma səviyyəsindən narazıdır



“Hazırda ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96,2%-ə çatıb. Ölkəmizin elə şəhərləri, rayonları var ki, 100% qazla təmin edilib. Təmsil olunduğum Cəlilabad rayonunda isə bu, 50% təşkil edir”.
 
Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
 
E. Nəsirov bildirib ki, Cəlilabadla qonşu olan Biləsuvar rayonunda qazlaşdırma 100%-dir. “Cəlilabadda insanların, xüsusilə İranla sərhəddə olan kəndlərin ən böyük problemı qazdır”, - deyə deputat qeyd edib.
Tarix: 21-05-2021, 17:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}