"Qaçqınkom" Kürdəmir və Samux rayonlarında yeni qəsəbələr tikəcək - Bəs QARABAĞA QAYITMIRIQ?


Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") Kürdəmir rayonunun Xırdapay kəndində və Samux rayonunun Seyidlər kəndində yeni qəsəbələrin tikintisinə hazırlaşır.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, "Qaçqınkom" Kürdəmir rayonunun Xırdapay kəndində 563 ailəlik, Samux rayonunun Seyidlər kəndində isə 200 ailəlik yeni yaşayış məhəlləsi inşa edəcək.
"Qaçqınkom" 4 mərtəbəli yaşayış binalarından başqa yaşayış məhəllələrində məktəb, klub, həkim məntəqəsi və digər inzibati binalar inşa edəcək.
Qeyd edək ki, Kürdəmir rayonunda salınacaq yaşayış məhəlləsinin layihəçisi “Azərdövləttikintilayihə” Samux rayonunda salınacaq yaşayış məhəlləsinin layihəçisi isə “Bakı Torpaq” MMC olub.
Tarix: 22-05-2021, 14:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}