“1 manatlıq taksi" dərdi və ya bizim rahatlığımız niyə yol polisini narahat edir...


DYP Bakə şəhər idarəsiDYP Bakə şəhər idarəsi

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, qanunsuz fəaliyyət göstərən taksilər və mikroavtobusların yaratdığı problemlərin aradan qaldırılması üçün ilkin təbliğat aparılır, "Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır”.

1 manatlıq taksilər əsasən Bakıətrafı kənd və qəsəbələrə, Sumqayıta sərnişin daşımaları həyata keçirir. Ötən ildən onların fəaliyyətinin dayandırılacağı barədə xəbərlər gəzir və bu xəbərlər paytaxt sakinlərinin narazılığıyla qarşılanır.
Vaqif Əsədov Vaqif Əsədov
Bu taksilərin fəaliyyəti bərbad vəziyyətdə olan şəhər nəqliyytatına kömək edir. Bu vasitəylə işsizlərin sayı da xeyli azaldı, taksilər qazanc yerinə çevrildi. Ümumiyyətlə, marşruta mnməyib daha rahat şəkildə taksiylə getmək imkanı niyə əlimizdən alınmaldır? Buna deyərlər "işıq gələn yerə barmaq tıxamaq".
1 manatlıq taksilər konkret marşrut üzrə işləyirlər. Problemin həlli üçün həmin istiqamətlər üzrə normal marşrut xətti yaradılana qədər bu taksilərin yol polisi ilə “qaçdı- tutdu oyunu”na ara verilməlidir. Lakin taksi sürücüsü peşəkar olmalı, paytaxtın küçələrinin adlarını düzgün bilməli və müvafiq sənədləri qaydasında olmalıdır. Sürücülər taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alırlar. Bu nişanı aldıqdan sonra sürücü 1 və ya 10 manatlıq taksi fəaliyyəti ilə məşğul ola bilər. BNA qiymətlərə qarışmır.
Nəqliyyat eksperti Elməddin Muradlı bizimyol.info-ya bildirib ki, 1 manatlıq taksilərin meydana gəlməsi zərurətdən irəli gəlib, tələbat var ki, onların sayı günü gündən artır.
Elməddin Muradlı Elməddin Muradlı
“Bu gün Bakı şəhərində 40 minə yaxın taksi fəaliyyət göstərir, bunların təxminən 2000-i sənəd əsasında işləyir. Qalanlarının fəaliyyəti qanunsuzdur. Metro, marşrut avtobusları normal işləsə, əlavə olaraq tramvayımız, trolleybusumuz olsa, bu taksilərin sayı yarıya qədər azalacaq. İnsanlar 30-40 qəpiyə getdikləri yola niyə 1 manat versinlər. Gedirsə, avtobusda yer tapa bilməməsindəndir. Bu gün bu taksilər yolda qalanları mənzil başına çatdırır, ictimai nəqliyyatın yükünü yüngülləşdirir. Sadəcə, hər şey qanunla nizam-intizam çərçivəsində fəaliyyət göstərsə, heç bir problem olmaz. Bu taksilərin ləğvi real deyil. Əslində çalışsalar da, bunun qarşısını almaq mümkün olmayacaq. Normal ictimai nəqliyyat olsa, taksilərə ehtiyac qalmayacaq. Ümumilkdə taksi fəaliyyətini bir peşə sahəsi kimi qəbul edirik. Taksi də digər peşələr kimi vaxtında vergisini verməli və onlara nəzarət olunmalıdır. Bu gün bir manatlıq taksilərin ləğvindən yox, onların fəaliyyətinin tənzimlənməsindən danışmaq lazımdır”,- deyə ekspert bildirib.
Tarix: 26-05-2021, 23:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}