Bakıda tikinti şirkəti ilə sakin arasında narazılıq - Ünvan ləğv olunub - VİDEO



Binanı sökən tikinti şirkəti, həmin ərazidə tikiləcək yeni binadan vətəndaşa mənzil verəcəyi ilə bağlı müqavilə bağlasa da, hazırda vəziyyət fərqlidir. Şirkət rəhbəri kompleksdəki başqa bir binadan ev təklif edir, vətəndaş isə razılaşmayarq, müqavilənin şərtinin yazıldığı kimi icra edilməsini istəyir.
 
Paytaxt sakini Safura Vəlixanovanın şikayəti Hermes-S şirkəti ilə bağlıdır. Deyir ki, 2018-ci ildə şirkət bizimlə müqavilə bağlayaraq, binamızı sökdü. İndi də o vaxt bağladığı müqavilədən imtina edərək, mənə əvvəlki mənzilimin yerləşdiyi binadan ev vermir.
 
Şikayətçi deyir ki, ötən ilin may ayından etibarən şirkət tərəfindən onlara kirayə haqqı da ödənmir. Ailə isə bu gün özü pulu ödəyərək, kirayə yaşayır.
 
Məsələ ilə bağlı, özünü Tikinti Şirkətinin rəhbəri kimi təqdim edən Elçin Kərimovla əlaqə saxladıq.
 
Müqavilədə şirkət rəhbərinin dediyi konkret ünvanın göstərildiyini bildirdikdə isə...
 
Şirkət rəhbəri onu da bildirdi ki, kompleksin tikildiyi ünvan indi Ziya Yusifzadə 133 adlanır. Hazırda yol kənarında tikilən yeni binada vətəndaşa uyğun ölçüdə mənzillər yoxdur.
 


Tarix: 13-09-2021, 09:00




Xəbər lenti