Gözdən əlil şəxs sürücülük vəsiqəsini necə alıb? - Agentlik sədri açıqladı


“Forma-88-də gözdən əlilliyi olan şəxs araşdıran zaman onun iki ay əvvəl sürücülük vəsiqəsi aldığı məlum olub”. 
Siam.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.
A.Bayramov, bu cür şəxslərin əlilliyinin dərhal dayandırıldığını söyləyib:
“Saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır. 2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib".
İH-nin sədri, bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərildiyin diqqətə çatdırıb. 
A.Bayramov əlavə edib ki, şübhəli hallarda əyani qəbullar keçirilir və bu zaman səhv ehtimalı minimum olur: 
"Bu zaman “Forma 88”də məlumatların uyğunsuz olması, təhrif edilməsi aydın görünür. Həmin məlumatlar həm hüquq-mühafizə orqanlarına, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilir".Valyuta.az
Tarix: 17-09-2021, 10:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}