“Milla” vaxtı keçmiş mallarını marketlərdən niyə geri almır? - “Gilan” Holdinq əhaliyə vaxtı keçmiş malları satmağa çalışır?


Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırması haqda məlumat yayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən vaxtı keçmiş malları istehsalçı şirkət geri götürməli, əgər onları ikinci dəfə emal etmək imkanı varsa, emal etməli, olmazsa, məhv etməlidir. Bəs “Milla”ya aid olan 72 adda 13 tondan artıq süd məhsulunun AQTA tərəfindən məhv edilməsi nədən xəbər verir? Belə çıxmırmı ki, “Gilan” Holdinqə aid olan “AZ FP CO LTD” MMC istehlakçıların sağlamlığını təhlükə altında qoyaraq vaxtı keçmiş malları əhaliyə satmağa çalışır? Bəs bu qanunsuzluğa görə AQTA tərəfindən “Milla” süd məhsulları cərimələnibmi? Bütün bu suallara AQTA və “Gilan” Holdinqdən açıqlama gözləyirik.


Xatırladaq ki, “Milla” süd məhsulları “Gilan” Holdinqin brend mallarına aiddir və iddialara görə “Milla” süd məhsulları öz adını “Gilan” Holdinqin sahibi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fransalı xanım tanışının adı ilə adlandırılıb.


Pia.az
Tarix: 23-10-2021, 20:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}