“Acı dərə” kanalı Sumqayıtın bütün şan-şöhrətini üç qəpiklik edir...


Xalid Quliyev: “Qısa zamanda tikinti-quraşdırma işlərinə start verilib”

imgSumqayıt şəhərinin bəzi ərazilərindən keçən “Acı dərə” kanalı şəhərin ekologiyasına mənfi təsir göstərir, intensiv yağışlar zamanı daşaraq ətraf əraziləri çirkab sularla çirkləndirirdi.
Qeyd edək ki, “Acı dərə” kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu, ətraf mühitin məhv olması ilə yanaşı, orada yaşayan 30 mindən çox insanın həyatı üçün təhlükə yaradır. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır. Kanalın çirkab suyu həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla əlavə çətinliklər yaradırdı.
Məlumat üçün bildirək ki, “Acı Dərə” kanalı vaxtilə Sumqayıt şəhəri salınan zaman, 1950-ci illərdə yeraltı və yağış sularının dənizə axıdılması üçün çəkilib. Kanal Ceyranbatan, Saray qəsəbələrinin yaxınlığından başlayaraq “Yaşıl Dərə”ərazisindən şəhərin bir heçə mikrorayon və məhəllələrindən keçərək üstü açıq halda dənizə birləşir. Kanalın bir neçə qolu olmaqla uzunluğu 28 km təşkil edir. Kanala yeraltı suları və kanal ərtafında məşkunlaşmış fərdi yaşayış evlərində formalaşan məişət çirkab suları, o cümlədən, istehsal sahələrinin texniki xidmət məntəqələrinin tullantı suları axıdılır. Kanalın suyu çirkli olduğundan, ətrafa iy-qoxu yayılması müşahidə olunur.
Maraqlıdır, məlum problemin həll olunması ilə bağlı nə kimi işlər görülür?
  • “Adıçəkilən açıq kanalın iri diametrli dəmir-beton borulara alınması işi podratçı təşkilat “Archiko” MMC tərəfindən həyata keçirilməyə başlanıb”
Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev bildirdi ki, problemin aradan qaldırılması məqsədilə şəhər rəhbərliyi və “Azərsu” ASC-nin təşəbbüsü ilə görüləcək işlərin layihə sənədləri hazırlanıb və qısa zamanda tikinti-quraşdırma işlərinə start verilib: “Belə ki, adıçəkilən açıq kanalın iri diametrli dəmir-beton borulara alınması işi podratçı təşkilat “Archiko” MMC tərəfindən həyata keçirilməyə başlanıb. İlkin mərhələdə şəhərin Sülh küçəsi, “Lukoyl” YDM-in yanından Kamran Hüseynov küçəsinin kəsişməsinə qədər olan 1550 pm, S.Vurğun küçəsindən dəniz kənarına kimi 650 pm, ümumilikdə 2200 pm kanalizasiya kollektoru çəkilərək istifadəyə verilib. İkinci mərhələdə Sülh küçəsindən “Əşya bazarı”adlanan əraziyə qədər olan hissədə 876 pm D=1200 mm, “Əşya bazarı”ndan Kotej qəsəbəsi, Səməd Vurğun küçəsinə qədər 1761 pm D=1400 pm, Səməd Vurğun küçəsi, “Xəzər” bağları yaşayış massivindən dənizə qədər olan hissədə isə 910 pm D=1600mm dəmir-beton borular çəkilib, 125 pm 2x1m ölçüdə beton qutular quraşdırılıb. Hazırda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir”

Tarix: 14-01-2022, 23:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}