Azərbaycanda çörək istehsalı azalıb: Əhali daha az yeməyə başlayıb?


Azərbaycanda çörək istehsalı azalıb: Əhali daha az yeməyə başlayıb?

Xəbər verdiyimiz kimi, bu il yanvarın 6-da Azərbaycanda çörəyin və unun qiyməti bahalaşıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin verdiyi məlumata görə, hazırda un və çörək məhsullarının "real qiyməti formalaşıb”.
Hazırda ölkəmizdə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpikdir.
Xatırladaq ki, müvafiq olaraq, 500 qramlıq ənənəvi çörək 40 qəpik, 650 qramlıq ənənəvi çörək isə 50 qəpiyə satılırdı. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti isə 26 manat təşkil edirdi.
Azərbaycanda çörəyin qiymətinin bahalaşması narazılığa və müzakirələrə səbəb olub. Çünki əhali arasında aparılan sorğulara əsasən, ölkədə ən çox təlabat çörəyədir.
Cebhe.info bahalaşmadan sonrakı istehlak və gündəlik istehsal fərqini öyrənmək üçün bir neçə çörək zavodu ilə əlaqə saxlayıb.
“Gilan Holdinq”in tərkibinə daxil olan və Azərbaycanın iri çörək istehsalçılarından olan “№1” çörək zavodunun satış müdiri Rahim Nizaməddinov Cebhe.info-ya açıqlamasında deyib ki, gündəlik istehsal aşağı düşüb.
“Bahalaşmadan sonra tam dəqiq deyə bilməsəm də, gündəlik istehsalımız, təxminən10-15 faiz azalıb”.
“Sərham” MMC-dən (Bakıxanov Çörək Zavodu) də gündəlik çörək istehsalının azaldığını bildiriblər.
Zavod işçisi bunu çörəyin çəkisinin artırılması ilə əlaqələndirib:
“Dəqiq faizini bilməsəm də, amma çörəyin gündəlik istehsalının hiss olunacaq qədər azaldığını deyə bilərəm”.
Tarix: 26-01-2022, 23:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}