Sabiq nazirə məxsus şirkətin "Azərişıq" ASC-yə qarşı məhkəmə iddiası başladı


Bakı Kommersiya Məhkəməsində Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatının “Azərişıq” ASC-yə qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib.
 
Qeyd: Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı elektrik enerjisinin ödənilməsi ilə bağlı tələb irəli sürüb.
 
Xatırlatma: Mətbuatda Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı mərhum müdafiə sənayesi naziri Yavər Camalovun ailə üzvlərinə məxsu olduğu barədə məlumatlar yayılıb.
 
Sabiq nazir 2018-ci il iyunun 23-də vəfat edib.
Tarix: 22-05-2022, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}