MƏDƏNİ CİBGİRLİK... - BUNUN BAŞQA ADI YOXDUR...
Səttar Möhbalıyevin rəhbərliyi ilə Həmkarlar İttifaqları Konfederasiyasının xalqın başına "hördükləri corablar"dan "DogruXeber.az" olaraq biz də, digər sosial medialar da dəfələrlə bəhs etmişik. Ancaq, nə yazıq ki, yazmaqla da bitmir. Hər dəfə yenilənən məlumatlar, bizi yenidən mövzuya qayıtmağa vadar edir.
Həmkarlar ittifaqları konfederasiyasının müqaviləsində üzvlüyün könüllü olduğu yazılsa da, dövlət idarələrində çalışanlar demək olar ki, buna məcbur edilir. Məsələn, bu barədə "DogruXeber.az"a danışan bir orta məktəbin müəllimi deyir, - "Hər ay əmək haqqımdan həmkarlara 2% tutulur. Mənə zərrə qədər xeyri olmayan bu quruma mən niyə pul ödəməliyəm?
Uzun illərdir çalışıram və hər ay da həmkarlara pul ödəyirəm, cəmi bircə dəfə mənə hədiyyə veriblər. Gəlib qutunu evdə açıb baxıram ki, baqquş, saqqız, sovurma... Hesabladım, cəmi 70 qəpiklik uşaq şirniyyatları. Əsəbləşib ərizə yazdım ki, "mən Həmkarlar təşkilatına üzvlükdən imtina edirəm". Məktəbimizdə fəaliyyət göstərən Həmkarlar təşkilatının sədri az qala mənə yalvardı ki, çıxmayım. Hətta, bunun üçün mənə pul da təklif etdi. Deyir, "Sən çıxsan mənə töhmət gələcək". Ona görə məcbur olub, ərizəmi geri götürdüm".
Dövlət Xəstəxanalarından birində çalışan həkim deyir: - "Naftalana gedəndə mən cibimin pulunu xərcləyirəm, baxmayaraq ki, illərdir həmkarlar təşkilatına hər ay əmək haqqımın iki faizini köçürürəm. Həmkarlar təşkilatının xətti ilə gedəndə oradakı müalicə prosedurlarının hamısı daxil deyil. Heç elə olanda normal xidmət də göstərilmir. Bir sözlə verdiyim pula dəymir. Bilmirəm bizim adımızı o təşkilata niyə yazıblar?!".
Başqa bir xəstəxanada məsul vəzifələrdən birində çalışan digər həkim deyir, - "Bircə dəfə həmkarlardan putyovka istədim. Dedilər "Naftalana yoxdur". Qubaya verdilər. Getdim gördüm nə xidmət , nə də şərait heç putyovkaya verdiyim pula dəymir. Sonradan eşitdim ki, sən demə Naftalana putyovka var imiş, İşə alınan kimi birinci növbədə həmkarlara üzv edirlər, maaşımızdan hər ay çıxırlar. Bizim xeyrimiz nədir bəs burda?"
Bəli, qeyd edək ki, sözügedən qurumdan bu cür narazı olan vətəndaşların sayı minlərlədir. Onları dinlədikcə, adamı maraq götürür.
Doğrudan da Həmkarlar İttifaqları Konfederasiyasına üzv olmaq bu insanların nəyinə lazımdır ki, dövlət idarələrində hər kəs ora üzv edilir? Və qanunlarına görə könüllü olan bu quruma, dövlət idarələri niyə işə alınan şəxsləri avtomatik üzvlüyə cəlb edir?
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Tarix: 22-06-2022, 14:21
-
Bu gün, 00:10
Yeganə oğlu şəhid olan ata: "BƏRDƏDƏ Park salmağa 12 min xərclədim, imkan vermədilər"
-
Dünən, 23:46
Ermənilər Qarabağda müharibəyə hazırlaşır: Biz nəyi gözləyirik?
-
Dünən, 23:43
"Azərbaycan" İnam Kərimovu "VURDU": Yarmarkalar niyə təşkil olunur?
-
Dünən, 23:41
Kökündən dəyişən situasiya – Bakıda əqrəblər Vaşinqtonu göstərir . Mümkündür ki, yaxın gələcəkdə Əliyevə Vaşinqtondan rəsmi dəvət gələcək
-
Dünən, 23:40
Tiflis yenə çalxalanır: Qərbin Gürcüstanla bağlı “gizli planı” üzə çıxdı
-
Dünən, 23:34
Lukaşenko pensiyaları verə bilmir
-
Dünən, 23:29
ÜST-ün meymunçiçəyindən qazanmaq sevdası baş tutmayacaq
-
Dünən, 23:27
Arif Qaraşov Eldar Mahmudovun qızını məhkəməyə verib
-
Dünən, 23:15
İcra başçısı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissələrdə oldu
-
Dünən, 23:09
Məleykə Abbaszadə: “Günahkar müəllimlərdir”
-
Dünən, 23:08
Rusiyanın Baltikyanıda təhdidləri artır: desantların təlimi nəyə işarədir?
-
Dünən, 23:05
26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə silsilə tədbirlər davam edir
-
Dünən, 23:00
Prezident qumarı leqallaşdırdı - kazinolar açılır, qırğızlara giriş qadağası
-
Dünən, 22:55
Rusiya hərbçiləri Severodonetski tam nəzarət altına alıb
-
Dünən, 22:51
Tanınmış vəkil həbs edilib - Təfərrüat açıqlanmır, amma...
-
Dünən, 15:25
"Putin Ukraynanın şəhərlərini Qroznıya çevirmək istəyir" - Conson
-
Dünən, 15:22
Tural Abbaslı: “Avropaya gedib LGBT fərdləri ilə birgə hansısa masa arxasında nəyəsə imza atmadıq, çaya balıq buraxdıq” - FOTO
-
Dünən, 15:11
Sabirabadda çətənə bitkisi yetişdirən şəxslər saxlanılıb
-
Dünən, 14:36
“Buta” Klinikası bəyanat yaydı – “Barəmizdə saxta xəbərlər tirajlanır”
-
Dünən, 14:31
Manatı başlı-başına BURAXA BİLƏRİKMİ?.. - Ekspert danışır
-
Dünən, 14:30
“Hər şey Putinin səhhətindən asılı olacaq”
-
Dünən, 14:28
İcra başçısı Azər Qocayev villasının altında trenajor zalı açdı? - İDDİA
-
Dünən, 14:25
Müdafiə Nazirliyi: “Belarus ərazisindən Ukraynaya ilk aviazərbə endirilib”
-
Dünən, 14:21
SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏN ANALOQU OLMAYAN QƏRAR - Nazir Fikrət Məmmədova müraciət
-
Dünən, 14:12
DÇ-2022-nin təqvimi dəqiqləşib
-
Dünən, 14:10
“Əvvəlcə Londonu vuracağıq, sonra...” – Generaldan ŞOK İDDİA
-
Dünən, 13:53
Rusiya ordusu hücum mövqeyində - Bu şəhəri mühasirəyə ala bilər
-
Dünən, 13:52
Azərbaycanda vəzifədə olan altı diplomsuz şəxs işdən qovuldu
-
Dünən, 13:50
“Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır” - ekspertdən UYARI
-
Dünən, 10:24
Əmrullayevin REPETİTOR DƏRDİ... - Nazir DÜZMÜ BUYURUR?
{sape_links}{sape_article}