153 saylı uşaq bağçasında BÖYÜK ÖZBAŞINALIQ - İLGİNC İDDİALAR...



153 saylı uşaq bağçasında BÖYÜK ÖZBAŞINALIQ - İLGİNC İDDİALAR...
Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindın alınıb Elm və Təhsil Nazirliyinin balansına verilməsindən sonra uşaq bağçalarında maddi-texniki bazanın vəziyyətinin nisbətən yaxşılaşması barədə fikirlər səslənirdi. Amma hələ də uşaqların təlim-tərbiyə, təhsilinin keyfiyyəti problemləri aktual olaraq qalır. Üstəlik bura əksər bağça müdirləri ilə bağlı yeyinti və qanunsuz əməllərini də əlavə etmək lazlmdır.
Ötən müddət ərzində xeyli sayda baöça müdirləri işdən azad edilib,haqqında araşdırma aparılan şəxslər də var. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, bağçalarda monitorinq keçirlib və monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub.
Bakı şəhər 153 saylı körpələr evi-uşaq bağçası ilə bağlı da maraqlı məlumatlar yayılır. Binəqi rayonunda yerləşən bu bağça ilə bağlı sosial şəbəkədə yayılan bir məlumat diqüətimizi çəkdi. Məlumatda deyilir:”Binəqədi rayonu ərazisində yerləşən 153 saylı körpələr evi uşaq baxçasının direktoru Musayeva Şölə xanım, işlədiyi baxçada direktor vəzifəsini davam etdirməsi üçün məhkəmə vasitəsilə yaşını azaltdırıb. Bu azmış kimi, qeyri-qanuni şəkildə baxçaya gələn suyu, baxçanın yanındakı binaya (Satır) yönləndirib. Hətta qohumbazlıq edərək dərs saatlarını belə ədalətli şəkildə bölməyib, qohumlarına ürəyi istəyən kimi dərs saatı ayırıb”. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı öyrəndik ki, sözügedən bağçanın müdiri Musayeva Şölə Tapdıq qızı 1958 təvəllüdlüdür və 30 ilə yaxındır müdirə işləyən bu xanlmın təqaüd yaşı artıq keçib. Bağçanın suyunun kənar obyektə satılmasını sübut edən faktura səədləri və bağçaya uşaq qəbulundakı qanunsuzluqlar haqqında növbəti yazımızda… //cumhuriyyet.az//
Tarix: 20-09-2022, 16:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}