İnam Kərimovun adamları PULU BELƏ YEYİR - FAKTLAR AÇIQLANDI...


Tovuz rayonu,Vahidli kənd sakini Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına,media orqanlarının rəhbərlərinə müraciət edib.
Şəhid və Qarabağ veteranı anası tərəfindən Faktinfo.az saytının elektron poçtuna göndərilən müraciətdə deyilir:

Cənab prezident!

Hörmətli Media orqanlarının rərbərləri!

Yazıb bildirirəm ki,Kənd Təsərrüfatı nazirliyi Nazirlər Kbinetinin 1994-cü il,15 yanvar tarixli,10 saylı qərarını tam əsassız sayır,şəhid və Qarabağ veteranı ailəsinin haqqını tapdalayır. Belə ki, öz təhsil, təcrübə və biliyi ilə seçilən alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlunu İnam Kərimovun rüşvətxor bandası qəsdən işdən azad etdirib,özləri də hazırda meydan sulayırlar.

Qeyd edim ki,ailə tərkibimiz altı nəfərdən ibarət olmaqla,ailədə uç azyaşlı uşaq və xəstə,daimi müalicəyə ehtiyacı olan şəhid və veteran anası var. Artıq kommunal xərcləri ödəyə bilmirik,çünki ailədə işləyən tək oğlum idi,onu da 18 aydır qanunsuz olaraq işdən azad ediblər.Dəfələrlə ölkə vətəndaşlığından imtina etmişik. Qanunsuzluqların və özbaşınalıqların tuğyan etdiyi Kənd Təsərrüfatı nazirliyində bizi eşidən yoxdur. Bu nazirlik nəinki vətəndaşın tələbini,hətta prezidentin və Baş nazirin qərarlarını belə əhəmiyyətsiz hesab edir.

Onu da vurğulamaq yerinə düşər ki,Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Laboratoriya,Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru,ixtisasca neftçi olan Rəşad Vahabzadə sabiq millət vəkili Cümşüd Nuriyevin də dediyi kimi milyardlarla dövlət vəsaitini mənimsəyib.Belə ki, Dövlət Sort Sınaq Məntəqələrinə ayrılmış subsidiyalar və ümumiyyətlə bu sahələrə ayrılan cəmi vəsaitlər Rəşad Vahabzadənin Bakı şəhəri,Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A ünvanında,asfaltın üstündə yerləşən saxta fermer kartına köçürülmüş və mənimsənilmişdir. Bu saxtakarlığı isə hələ də araşdıran tapılmır. Hər şey saxta olaraq kağız və asfaltın üzərindədir.

Bundan əlavə Lənkəran DSSM-dən feyxoa məhsulu, Zaqatala DSSM-dən qoz,fındıq məhsulu, Kürdəmir DSSM-dən buğda məhsulu, Ağdam DSSM-dən isə 70 ton buğda məhsulu Kamaz maşınlara yüklənərək Rəşad Vahabzadənin istədiyi yerə aparılmışdır. Oradan isə satılaraq həmin məhsulların pulu Rəşad Vahabzadə tərəfindən "udulmuşdur".

İndi isə Rəşad Vahabzadə həmin Dövlət Sort Sınaq Məntəqələrinin işçilərini məcbur edir ki, məhsulun olmaması barədə saxta akt tərtib edərək yeyintini gizlətsinlər.Hamıya isə yaxşı məlumdur ki, Dövlət Sort Sınaq Məntəqələri Kənd Təsərrüfatında mühüm əhəmiyyət kəsb edən bir sahə olduğuna görə həmin Məntəqələrə Respublikanın ən keyfiyyətli torpaqları ayrılmışdır və orada məhsulun olmaması qeyri-mümkündür.

Onu da bildirim ki, Rəşad Vahabzadə respublika üzrə torpaq və toxum analizləri üçün ödənilmiş bütün vəsaitləri də mənimsəmişdir.Analiz pullarından əvvəl isə analizlər üçün reaktivlər və kimyəvi maddələr alınarkən özünə yaxın olan MMC-lərlə işbirliyi quraraq külli miqdarda dövlət vəsaitini də mənimsəmişdir.

Toxum və torpaq analizləri üçün respublika üzrə vətəndaşlardan ödənilmiş pullar milyonlarla manat təşkil edir. Yenə də kənd təsərrüfatından anlayışı olmayan Rəşad Vahabzadə yeni bir kəşfə əl atıb və külli miqdarda dövlət vəsaitini talayıb.Belə ki, dünyanın heç bir yerində səpindən sonra torpaq analizi aparılmadığı halda Rəşad Vahabzadə taxılın kollanma, boru və hətta sünbül fazasında torpaq analizləri apartdırmışdır.Həmçinin,Rəşad Vahabzadə respublika üzrə tabeçiliyində olan bütün təşkilatların dəftərxana xərclərini, maşın və texnikalara ayrılan təmir pullarını da özü basıb yeyib,heç bir təşkilata nə bir vərəq kağız, nə ehtiyat hissəsi, nə də bir manat da olsa pul verilməyib.

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Ona görə Sizdən xahiş edirəm ki, mənim Sizə etdiyim 1000-dən artıq şikayətimi şəxsi nəzarətinizə götürərək, milyonlarla dövlət vəsaitini mənimsəyən Rəşad Vahabzadə haqqında ciddi tədbir görülməsini təmin etdirəsiniz.Çünki bunu bizdən hüquqi dövlətimiz, onun ali qanunları və Sizin bu sahədə apardığınız uğurlu siyasət tələb edir.

FAKTİNFO.AZ
Tarix: 22-03-2023, 09:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}