Əziyyət çəkdi... brend yaratdı, amma indi... - KƏNDLİ HARAY ÇƏKİR

Əziyyət çəkdi... brend yaratdı, amma indi... - KƏNDLİ HARAY ÇƏKİR
Ölkədə heyvanın ən çox istehsalı ilə tanınan Ağdaşda kəndlinin vəziyyəti acınacaqlıdır...

İllərdir ki, bu sahədə çalışan, artıq məhsulun brendini yaradan “Ləki heyvası”nın istehsalçısı Baqi Şıxməmmədov da daxili və xarici bazarın kəndli üçün əlverişli olmadığını bildirir.

Məhsul brendləşərsə, istər xaricdə, istər daxildə özünə layiqli alıcı tapa bilər.

2 hektar sahəsindən 15 ton məhsul istehsal edən fermer 25%-nın tam keyfiyyətli məhsul olduğunu deyir.

Rusiya bazarının hazırda heyva məhsulu üçün əlverişli olmadığını qeyd edir.

İndiki əziyyəti isə Avropa bazarına çıxmaqdır ki, bunun da maddi çətinlikləri və maneəsi çoxdur:

“2011-ci ildən “Ləki heyvası” adı ilə məhsulu brendləşdirdik. Artıq tanınır, daha çox ölkə daxilində xüsusi alıcılara Rusiya bazar qiymətinə satıram. Adətən, kəndlilərin təmiz məhsulunu 50 qəpik və ya 1.50 qəpiyə alıb 2-3 manat məbləğinə qədər satırıq. Marketlər, iri ticarət şirkətləri bizim 70-80 qəpiyə satdığımız məhsulu gəlib kənddən 30-35 qəpiyə ucuz alıb adını “kənddən şəhərə” adı ilə reklam edib baha satırlar. Heyvadan heyva kiseli, kompotu hazırlayıb satırıq brend adı ilə. Qurdlu heyva 20-30 qəpikdir, bu da baha satılan dərmanın keyfiyyətsiz olması, ya düzgün aqrotexniki qulluğun olmaması ilə bağlıdır”.

“Marketlər, iri ticarət şəbəkələri iri şirkətlərin saldığı meyvə bağları ilə müqavilə bağlayıb onların geni modifikasiya olunmuş məhsulunun satışını edir. O da kəndlinin məhsuluna zərbədir. Rusiya bazarına bir dəfə göndərdik sərf etmədi. Odur ki, mən rubl düşür, Rusiya bazarı alıcılığı azaldır və Ukrayna bazarı yox deyə Avropa bazarına “Ləki heyvası”nı çıxarmaq istəyirəm. Ancaq onu realizə edəcək imkanlarımız və şəxslər yoxdur. Çünki logistika, gömrük rüsumu çox bahadır”, -deyə o bildirib.

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 5-12-2023, 09:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}