Məmura məxsus avtobuslarda bərbad vəziyyət: interval uzun, qapılar açıq, sürücülər telefonla danışır... - VİDEO

 

Məmura məxsus avtobuslarda bərbad vəziyyət: interval uzun, qapılar açıq, sürücülər telefonla danışır... - VİDEO
İctimai nəqliyyat vətəndaşların rahat və daha təhlükəsiz hərəkəti üçün önəmlidir. Lakin bəzən avtobuslardakı vəziyyət, avtobus sürücülərinin məsuliyyətsizliyi narahatlığa səbəb olur.

Avtosfer.az xəbər verir ki, 525 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardakı vəziyyətdən vətəndaşlar şikayətçidir.

Belə ki, avtobusların bərbad halda olması, intervalların düzgün şəkildə qurulmaması sərnişinlərin haqlı narazılığına səbəb olur. Bu azmış kimi sürücülər məsuliyyətsizliyə yol verir. Vətəndaşlardan biri sürücülərin videolarını çəkərək redaksiyamıza göndərib. Görüntülərdə avtobusun qapısını açıq hərəkət etməsi, həmçinin bir əlində sükan, bir əlində də telefonla danışan sürücülər əks olunub.

Avtobuslardan istifadə edən sərnişinlər deyir ki, bu kimi hallar hər gün baş verir.

İddiaya görə, 525 nömrəli müntəzəm marşrut xətti Azərbaycanda tanınmış məmurlardan birinə məxsusdur.


Tarix: 23-04-2024, 22:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}