Əlikram Bayramov: “Evdə kişinin sözü keçər, xanım kimdir ki?! - VİDEO

 Əlikram Bayramov: “Evdə kişinin sözü keçər, xanım kimdir ki?! - VİDEO Əlikram Bayramovun bahalı və dəbdəbəli villası.

Müğənni Əlikram Bayramov evinin qapılarını ARB TV-nin "Evgördü" verilişinə açıb:

"2 yaşımdan atamı itirmişəm. Anamı elçiliyə göndərdim, qızı vermədilər. Dedilər ki, müğənniyə qız vermirik, gündə birini görür. Mən də qızı götürüb qaçdım. Qız məni istəyirdi, mənə məktublar yazırdı. Evdə mənim sözüm keçir. Evdə kişinin sözü keçər, xanım kimdir?! Xanım evin xanımlığını etsin".

Daha sonra müğənni qonşularla olan münasibətindən və evindən danışıb:

"Qonşularla münasibətim yaxşıdır. Qonşu ilə nə problemim ola bilər ki? Qonşu yaxşı olsa, təbii yaxşı olacaq, qonşun pis olsa köç qurtar. Evi bir dəfə tikirsən. O evi də elə tikməlisən ki, uşaqlar da rahat yaşasın. Bu evi 5-6 ilə tikmişəm. Qardaşım pul qoyub tikib, sonra mən yavaş-yavaş ona qaytarmışam".
Tarix: 30-01-2017, 16:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}