“Ana” mahnısı ilə hamını heyran edən həmvətənimiz: “Anamı xatırlamıram”

“Ana” mahnısı ilə hamını heyran edən həmvətənimiz: “Anamı xatırlamıram” Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” (“Ты супер!”) musiqi yarışmasında çıxış edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanova Rusiya ilə yanaşı, Azərbaycan xalqının da diqqətini cəlb edib.

Müslim Maqomayevin ifa etdiyi, sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus “Ana” mahnısını səsləndirən həmvətənimiz münsifləri özünə heyran edib. Pərvanəni dəstəkləmək üçün proqrama Azərbaycanın Rusiyadakı səfiri P. Bülbüloğlu qatılıb və rus dilini bilməyən 17 yaşlı iştirakçı üçün tərcüməçilik edib.


P. Əlcanova haqda danışan səfir bildirib ki, onun səsi çox gözəldir: “Pərvanə istedadlıdır, onun səsi valehedicidir. Düşünürəm ki, “Ana” mahnısı ilə Azərbaycanı təmsil etməsi doğru addımdır. Ona uğurlar arzulayıram”.

Pərvanə Əlcanova kimdir?


Pərvanə Əlcanova anasını 2 yaşı olanda itirib. Pərvanə və 4 uşaq nənəsinin himayəsində qalıb. Daha sonra çətinliklər qarşısında aciz qalan nənə uşaqları kimsəsizlər evinə verib.

2014-cü ildə Pərvanə yaşamaq üçün gənclər evinə köçüb və humanitar kollecə daxil olub. Vokalla xüsusi olaraq məşğul olmayan Pərvanə yalnız güzgü qarşısında vəya rəfiqələri üçün mahnılar oxuyub.

Pərvanə bildirib ki, uşaq vaxtından istedadı olduğuna agah olub və öz üzərində müəllimsiz çalışıb. O, bir çox müsabiqələrdə iştirak edib. Ən böyük arzusu isə böyük səhnəyə çıxmaqdır.

Ailəsindən bəhs edən həmvətənimiz isə anasını xatırlamadığını vurğulayıb.

Qeyd edək ki, “Sən supersən” valideyn himayəsindən məhrum olan 7-18 yaşlı uşaqların iştirak etdiyi müsabiqədir. Münsiflər heyəti müğənni Elka, Marqarita Suhankina , Viktor Drobş və Stas Pyekadan ibarətdir. Müsabiqədə Rusiya, Azərbaycan, , Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.


Könül İbrahim
Musavat.com
Tarix: 20-02-2017, 19:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}