“Paramparça”nın rejissoru: “Sayəmizdə dünya Bakını tanıyacaq”

“Paramparça”nın rejissoru: “Sayəmizdə dünya Bakını tanıyacaq” Türkiyənin tanınmış rejissoru Ulaş Cihan Şimşək Bakının qonağıdır. “Yanlış anlama” filminin çəkilişləri üçün ölkəmizə təşrif buyuran rejissor musavat.com saytına açıqlamasında Bakı haqda təəssüratlarını bölüşüb:

“Azərbaycana 3-cü dəfədir gəlirəm. Film hazırlıqları üçün əvvəl də gəlmişdim. Azərbaycanı çox sevirəm. Bakı Parisdən daha gözəl şəhərdir. Buranı bütün dünya tanımalıdır. Filmimiz sayəsində bu mümkün olacaq. Çəkilişlər zamanı bir çox yerlərdə olduq, İçərişəhərə heyran oldum. Buranı qorumağınız çox yaxşı addımdır”.

Rejissor azərbaycanlıların ona olan münasibətindən də bəhs edib: “Çox qonaqpərvər xalqsınız. Bizə qarşı hər kəs çox mehribandır. Çəkilişlərə maraqla baxırlar. Lakin “motor” deyib çəkilişə başlayanda hamı dağılışır və mane olmur. Adi insanlar gəlib bizə kömək də edir. Burada olduğum üçün xoşbəxtəm”.

Şimşək davamlı Azərbaycanda film çəkəcəyini də dilə gətirib: “ “Yanlış anlama” filmindən sonra 3 dənə film də çəkəcəyik. ”Yanlış anlama”nın davamı da, fərqli ssenariyə uyğun çəkilən ekran işi də ola bilər. Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Ulaş Cihan Şimşək “Gönül işləri”, “Paramparça”, “Sen benimsin” kimi serialların rejissoru olub.

Könül İbrahim
Tarix: 24-04-2017, 06:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}