Bölgə adlarını soyad kimi götürən müğənnidən deputatın qınağına REAKSİYA

Bölgə adlarını soyad kimi götürən müğənnidən deputatın qınağına REAKSİYA “Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Modern.az saytı məsələ ilə bağlı bölgə adını soyad kimi götürən müğənnilərlə əlaqə saxlayıb.

Müğənni Xuraman Şuşalı açıqlamasında deyib ki, deputat digər ciddi işlərlə məşğul olsa yaxşıdır:

“Bu soyadı mənə 16 yaşım olanda Süleyman Ələsgərov verib. İncəsənət gimnaziyasını bitirmək üzrə idim. Süleyman Ələsgərov ailəmizin yaxını idi. Konservatoriyada oxumaq istəyirdim və bunun üçün məsləhətləşməyə getmişdim. Rəhmətlik Süleyman Ələsgərov məndən soyadımı soruşdu və şuşalı olduğumu biləndə onu soyad kimi götürməyimi təklif etdi. Bildirdi ki, Şuşa işğal altındadır və sən onu təbliğ edə bilərsən. O gündən bəri mən belə təqdim olunmuşam. O vaxt Azərbaycan Televiziyası və Radiosunun solisti idim. “Bənövşə” uşaq xorunda oxuyurdum. Dəfələrlə Rusiyaya toy üçün getmişəm. Orada erməni musiqiçilər də olub. Bilirsiniz, bu, həm də təbliğatdır.
Yaxşı olardı ki, deputatlar ölkəmizin digər problemləri ilə məşğul olsunlar. Şou-bizneslə maraqlanmasınlar. Hazırda deputatların bəziləri “şou-biznesləşirlər”. Qaldı ki, soyadıma, işğalda olan torpaq adını digər ölkələrdə çox yaxşı təbliğ etmişəm. Burda pis heç nə görmürəm. Deputatlarımız xalqı düşünməli və vacib məsələləri həll etməlidirlər. Onsuz da bu şou-biznes var və olacaq. Bu sahədə nəyinsə düzəldilməsinə hələ çox var”.

Müğənni Şəbnəm Tovuzlu, aşıq Telli Borçalı ilə əlaqə yaratsaq da, onlar məsələ ilə bağlı fikir bildirmək istəmədilər.


Yeri gəlmişkən, Fazil Mustafanın bu ittihamı gündəmə gətirməsi təsadüfi deyil. Məsələ burasındadır ki, dünən sosial şəbəkələrdə və bir çox saytlarda müğənni Şəbnəm Tovuzlunun intim şəkilləri yayılıb. Kim tərəfindən mətbuata ötürüldüyü bilinməyən həmin fotolarda müğənninin keçmiş əri ilə intim münasibətdə olduğu görünür. Şəkillər yayıldıqdan sonra Şəbnəm Tovuzlunun heç nə olmayıbmış kimi bu haqda mediaya açıqlama verməsi onun qınağa tuş gəlməsinə səbəb olub. Müğənninin bəzi həmyerliləri isə onun daşıdığı “Tovuzlu” soyadına görə xəcalət çəkdiklərini sosial şəbəkələrdə qeyd ediblər.


Günay RƏSULQIZI
Tarix: 2-05-2017, 16:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}