“Kaman”ın müəlliflərindən 4 milyon izləyici toplayan Zamiqə cavab: “İlhamə Quliyeva onun ifasında bunu eşitsəydi...”

“Kaman”ın müəlliflərindən 4 milyon izləyici toplayan Zamiqə cavab: “İlhamə Quliyeva onun ifasında bunu eşitsəydi...” Xalq artisti İlhamə Quliyevanın repertuarından olan “Kaman” mahnısı “Youtube” portalında ən çox dinlənilən mahnılar siyahısına düşüb.

Müğənni Zamiq Hüseynovun ifasında səslən “Kaman” mahnısınan internetdə 4 milyon 200 minə yaxın tamaşaçı baxıb.

Mahnının bəstəkarı Faiq Sücəddinov AzNews.az-a açıqlamasında Zamiq Hüseynovun ifasından razı qaldığını qeyd edib:

“Onun bu mahnını oxumasından xəbərim var. Mahnını Zamiqlə birlikdə işlədik. Mahnı çox gözəldir. Baba Vəziroğlu dedi ki, “Faiq bu “Kaman” klassikadır. Bu mahnı həmişə dəbdə olacaq. Əsrlər dəyişdikcə mahnının ifaçıları da dəyişəcək. Mahnı istər İlhamə Quliyevanın, istərsə də Zamiqin ifasında gözəldir. İlhamə Quliyeva da bunu oxuyanda böyük səs-küy qopmuşdu, tamaşaçılar bunu bəyənirdi. İlhamə Quliyeva Zamiqin ifasında bunu eşitsəydi çox sevinərdi. Niyə də yox? Bəlkə də o, Zamiqin ifasında bu mahnını eşidib ona dəstək olacaqdı. Çox heyif...”

“Kaman”ın yaradıcısı, şairə Xanım İsmayılqızı isə mahının bu qədər sevilməsinə səbəb ifaçının səsi olduğunu vurulayıb: “Mahnını sevdirən onun gözəlliyidir. İfaçının bu gözəlliyə yeni nəfəs verə bilməsi də əsas şərtdir”.
Tarix: 26-06-2017, 22:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}