Nazənin iddialı danışdı: Oxuduğunun hit olacağına əmindir

Nazənin iddialı danışdı: Oxuduğunun hit olacağına əmindir Müğənni Nazənin növbəti mahnısını təqdim edib.

Cebhe.info xəbər verir ki, ifaçı sözləri Əli Qafarlıya, musiqisi Ruslan Səfəroğluna, aranjimanı İsmayıl Əlizadəyə məxsus “Səni sevərəm” adlı yeni mahnının hit olacağına əmindir.

“Bu günə qədər bir çox bəstəkarların mahnısını oxumuşam. Özündən razılıq kimi çıxmasın, ifa etdiyim bütün mahnılar dillər əzbəri olub. Yəqin ki, bu da mənim naxışımdır. Hər bir müğənniyə nəsib olmur. Oxuduğum mahnıları şou-biznesin bir çox tanınmış simaları da öz repertuarına daxil ediblər. Bu da məni bir müğənni kimi sevindirir. “Səni sevərəm” adlı yeni mahnım bu gündən yalnız və yalnız şəxsi “YouTube” kanalıma yükləndi. Bəstənin seviləcəyinə tam əminəm. Bütün mahnılar hind musiqisinin ladları üzərindədir. Bu mahnı da həmçinin. Bu mahnı 2017-ci ilin hiti olacaq”.

İfaçı onu da əlavə edib ki, yeni mövsümə yeni sürpriz layihə hazırlayır:

“Ümumiyyətlə, mən daim yaradıcılığım üzərində işləyirəm. Bir mahnı oxuyub, yerində saymaq mənlik deyil. Yeni mövsüm üçün tam 7 mahnı hazırlamışam. Bundan başqa yeni sürpriz layihə üzərində çalışıram. Bu layihə barədə tam məlumat vermək istəmirəm. Yaxın günlərdə hər şeyi biləcəksiniz”.

Nazəninin “Səni sevərəm” adlı mahnını oxuculara təqdim edirik:
Tarix: 7-09-2017, 13:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}