Şou-biznesdə “qadın alveri” QALMAQALI: “Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin”- Məşhur prodüsser

Şou-biznesdə “qadın alveri” QALMAQALI: “Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin”- Məşhur prodüsser Yerli şou-biznesdə yeni qalmaqalın təməli qoyulur.

Cebhe.info xəbər verir ki, müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib. “Bu gün onlarla məşhur müğənni, prodüsser, təşkilatçı var ki, insan alverilə məşğuldur, ona-buna qız “daşıyır”. Şou-biznesdə olan “mamaroza” və “paparoza”lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər”, – əməkdar artist bildirib. Azxeber.com yazır ki, əməkdar artist, həmçinin həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya biləcəyini deyib.

Cebhe.info məsələyə bəzi yerli şou-biznes nümayəndələrinin də fikrini öyrənib.

Şou-biznesdə “qadın alveri” QALMAQALI: “Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin”- Məşhur prodüsser

“Pişik” ləqəbli müğənni Günel Ələkbərova məsələyə münasibət bildirərkən deyib ki, yerli şou-biznesdə qadın alverinin mövcudluğundan xəbərsizdir: “Hər kəsin öz fikri var, onu söyləməkdə azaddır. Mənim həddimə düşməz. Qadın alverinin olub-olmadığı haqda heç nə bilmirəm. Başqaları da mənə ümumiyyətlə, maraqlı deyil. Cavanşir Məmmədova hörmətim var, yaşda və sənətdə bizdən böyükdür. O, elə deyibsə, yəqin bunu hamıya şamil etməyib. Amma ad çəkərdi, biz də bilərdik. Mənə də maraqlıdır, görəsən onlar kimdir? Bizim şou-biznesdə qadın alveri ilə məşğul olan adamlar haqda bir söz deyə bilmərəm, rastıma çıxmayıb. Hətta o işlə məşğul olan adam deməyəcək ki, mən qadın alverilə məşğulam?! O, yaşda böyükdür, amma efirdə belə açıqlama vermək yaxşı deyil. Ona görə yaxşı deyil ki, bizim müğənnilik sənəti o qədər məsuliyyətlidir... Həm məsuliyyətli, həm də şərəfli sənətdir. Onsuz da müğənnilər gündəmdə olduğu üçün hamı onlarla bağlı ağzına gələni danışır. Belə danışan adamlara mövzu vermək lazım deyil. Yenə də deyirəm ki, Cavanşir Məmmədov ad açıqlayardı. Çünki o da bu sənətdədir. Ən azından bu sənətə hörmət olaraq, gərək belə sözlər danışmayaydı”.

Şou-biznesdə “qadın alveri” QALMAQALI: “Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin”- Məşhur prodüsser

Prodüsser Təranə Səmədova əməkdar artistin sözlərinə sərt reaksiya verib: “Cavanşir Məmmədova bu mövzuya müdaxilə etməyi, danışmağı yaraşdırmadım. Ayıbdır. Onsuz da o, geyimi ilə gündəmə gəlmək istədi, güllü köynək geyindi, pencəyinin bir qolunu kəsdirdi, alınmadı. Mən təklif edirəm ki, Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin, amma belə mövzulardan danışmasın. Bu elə bir mövzudur ki, səlahiyyətli orqanların, bu işlə məşğul olan insanların mövzuya həssas yanaşmalarına təkan vermiş olur. Belə çıxır ki, sən özün qız “çıxarırsan”. Meymun baxır güzgüyə, adını qoyur özgəyə... Şou-biznes adına ləkə gətirən insanlar var. Amma Cavanşir Məmmədov niyə mövzuya toxunur, belə danışır? Bu işlə məşğul olan müğənnilər, aktyorlar var, ya da yoxdur, bilmirəm. Amma Bakı balaca şəhərdir. Elə müğənniləri İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırırlar ki... Mən özlüyümdə deyirəm ki, o yetimi ora niyə çağırıblar? Elə müğənnilərimizi nahaqdan ora çağırıblar ki, mənim tüklərim biz-biz olub. Ayıbdır, bu mövzuya niyə toxunurlar, anlamıram”.

Şou-biznesdə “qadın alveri” QALMAQALI: “Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin”- Məşhur prodüsser

Məsələyə müğənni Əli Mirəliyev də münasibət bildirib. Həmkarının söylədikləri ilə razılaşdığını deyib: “Siz şou-biznes adlandırdığınız bizim mətbəximizdir, içində baş verənləri bayıra çıxarmaq istəmirik. Amma deməliyəm ki, Cavanşir Məmmədovun sözündə həqiqət var. Cavanşir dünənin oxuyanı deyil. Keçən əsrin sənətkarıdır. Gözəl qarmon çalan olub. Şövkət Ələkbərova, Rübabə Muradova,Qulu Əsgərov, İsmayıl Rzayev, Zaur Rzayev, Akif İslamzadə, Cavanşir Məmmədov, mən... Biz minlərlə toya getmişik. Cavanşir hər cür adam görüb. Onun bununla bağlı çox böyük məlumatı var. Bilirsiniz, indi 5 manata görə hər şeyə gedirlər. O qızlar da bizimdir. Satan da bizimdir, alan da. Əyər-əskiyimizi bayıra çıxarmamalıyıq, hər şey evin içində olmalıdır. Cavanşirin sözlərində həqiqət var, mən onu dəstəkləyirəm”.

Aysel
Tarix: 19-09-2017, 17:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}