"Mən elə deməmişəm, jurnalist bilmədən yazıb"


Ötən günlərdə xalq artisti Niyaməddin Musayevin “Zəngəzur” mahnısının sözlərini özünün yazdığını dediyi iddia olunub. Bu müsahibə də şeirin müəllifi şairə Zenfira Əlişqızını narahat edib. O, feysbuk profilində məsələyə münasibət bildirib:
"Niyaməddin müəllim, belə səhv edə bilməz. Hamı bilir ki, şeiri 2003-cü ildə mən yazmışam. Mahnını isə N.Musayev 5 il öncə bəstələyib. Jurnalist düzgün yazmamış ola bilər. Bildiyiniz kimi Azərbaycanda deyiləm. Amma bu işlə ciddi məşğul olacam".

Biz də məsələni aydınlaşdırmaq üçün N.Musayevin özü ilə əlaqə saxladıq. Sənətçi “Sherg.az”a Zenfira xanımın haqlı olduğunu söylədi:

“Mən elə deməmişəm. Sözləri mənə məxsus deyil, Z.Əlişıqızınındır. Jurnalist bilmədən yazıb. Efirdə, verilişlərdə, hər yerdə bəstələdiyim mahnıların sözlərinin kimə aid olduğunu söyləyirəm. Belə hallara görə, müsahibə vermək istəmirəm. Zenfira xanımın özü zəng etdi ki, siz elə insan deyilsiniz, bunu deməzsiniz. Ona da pis təsir edib. Siz də açıqlama yazın ki, musiqisi Niyaməddin Musayevindir, sözləri Zenfira Əlişqızınındır. Özü də vətənpərvər nəğmədir. Bundan gözəl nə var?”
Tarix: 13-09-2021, 22:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}