Könül Kərimovadan Təranə və Musa haqda gözlənilməz açıqlama


Əməkdar artist Könül Kərimova illərdir küsülü olduğu Təranə Qumral və Musa Musayev cütlüyü haqda açıqlaması ilə diqqət çəkib.
 
Pravda.az xəbər verir ki, "Səhər mərkəzi" proqramında qonaq olan müğənniyə şou-biznesdəki duet ortaqları haqda sual ünvanlanıb.
 
Təranə və Musanın şəklini görən Kərimova "Çox gözəl, qəşəng. Orada Musayev imzası varsa, zəif və mənfi nəsə ola bilməz. Gözəl də qarşılanır, göz önündədir. Gözəl sevgi qazanıblar. Səmimi etiraf edirəm" sözlərini deyib.
 
Qeyd edək ki, Təranə ilə Könül illərdir küsülüdürlər. Bir neçə il əvvəl isə Təranə Könülün yer aldığı verilişdə qəfildən studiyaya girərək, yalandan telefonunu orada unutduğunu deyib. Kərimova isə həmin an studiyanı tərk etmək istədiyini söyləyib. K.Kərimova daha sonra sosial şəbəkədə onu qınayanlara "Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır" cavabını verib.
 
Xatırladaq ki, Cabbar Musayev də Təranə və Musa Musyaevlə küsülüdür. 
 
Axşam.az
Tarix: 1-11-2022, 16:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}