Hafiz Məmmədov: "Mən saxlanılmamışam, evimdəyəm"

Hafiz Məmmədov: "Mən saxlanılmamışam, evimdəyəm" Biznesmen Hafiz Məmmədov saxlanılması barədə şayiələri təkzib edib.

Xatırladaq ki, məşhur biznesmenin tutulması haqda informasiya bu axşam bir sıra yerli KİV-də yayılıb. Onlarda xüsusi vurğulanırdı ki, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətova və polis zabitlərinə hücum edən şəxslər Hafiz Məmmədovun mühafizəçiləridir. Bu hadisələrdən sonra guya biznesmen özü də saxlanılıb.

Biznesmen isə virtualaz.org-un müxbirinə deyib: "Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram”.
Tarix: 16-10-2017, 08:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}