Moskvada tanınmış “qanuni oğru” həbs edildi — VİDEO

Moskvada tanınmış “qanuni oğru” həbs edildi — VİDEO Rusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmin tanınmış simalarından olan “qanuni oğru” tutulub.


Siam.az
“Ölkə.Az” -a istinadən xəbər verir ki, əməliyyat Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı “Vasya Voskres” ləqəbili “qanuni oğru” Vasily Xristoforov həbs edilib.


Saxlanılan 45 yaşlı Vasily Xristoforovun adı kiminal aləmdə yetərincə məhşurdur. O, bir çox qətl, korrupsiya və qaçaqmalçılıqda günahlandırılır. Bundan əlavə, “Vasya Voskres” Belarus Respublikasının “qara siyahısı”ndadır.

Onun 2021-ci ilə qədər Belarus Respublikası ərazisinə daxil olmasına qadağa qoyulub. Buna səbəb “qanuni oğru”nun ölkənin bütün qanunlarını pozaraq, müxtəlif sahələrdə korrupsiya və qaçaqmalçılıqla məşğul olmasıdır. Bu səbəbdən Rusiyaya qayıtmağa məcbur olan “Vasya Voskres” ötən gün “Ukrayna” mehmanxanasında saxlanılıb.
Siam.az


Tarix: 20-10-2017, 06:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}