"ŞÜAR SƏSLƏNDİRMƏKDƏNSƏ, MÜHARİBƏ PLANLAŞDIRSINLAR" - QAZİ

"ŞÜAR SƏSLƏNDİRMƏKDƏNSƏ, MÜHARİBƏ PLANLAŞDIRSINLAR" - QAZİ "Cəbhə xəttində atəşkəs hər gün dəfələrlə pozulur. Bu mənada müharibə təhlükəsi həmişə var”.

Bu barədə "Sherg.az”a millət vəkili Qüdrət Həsənquliyevin parlamentdə çıxışı zamanı "Ermənistanda daş üstə daş qalmayacaq" ultimatumuna münasibət bildirərkən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bildirib.

O qeyd edib ki, Azərbaycan cəmiyyəti müharibəyə həmişə hazırdır:


"Aprel hadisələri də bir daha sübut etdi ki, Azərbaycan əsgərləri, Azərbaycan xalqı torpaqların azad olunmasına həmişə hazırdır. Rəsmilər şüarlar səsləndirməkdənsə, müəyyən vaxt qoymalı, müharibəyə başlamağı planlaşdırmalıdır. Azərbaycan ordusu hazırlaşıb, torpaqları işğaldan azad etmək üçün hərəkətə keçməlidir. Amma uzun müddətdir, danışıqla aparılır, ultimatumlar verilir. Heç bir nəticəsi də yoxdur.

Yaxşı ki, son illərdə bir dəfə aprel hadisələri baş verdi. Bu göstərdi ki, biz ermənidən güclüyük, torpaqlarımıza sahib çıxacağıq. Lakin bunun ardı gəlməlidir. Azərbaycan ordusu da, xalq da, biz - keçmiş döyüşçülər də gözləyirik. Hələ ki, nəticə yoxdur”.

Qeyd edək ki, parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Naxçıvanda keçirilən hərbi paraddan danışıb. Deputat xüsusilə vurğulayıb ki, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş, daş üstə qalmayacaq.

Siam.az
Tarix: 21-10-2017, 07:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}