İş adamından baş prokurora ilginc müraciət

İş adamından baş prokurora ilginc müraciət
Fəxrəddin Bağırov: “Mənə qarşı qanuni sahibkarlıq fəaliyyətimin dayandırılması ilə nəticələnmiş cinayət əməlləri törədilib”

Obyektinin qapıları hörülərək bağlanmış, Gədəbəyli sahibkar Fəxrəddin Fərəməz oğlu Bağırov yenidən Baş Prokuror Zakir Qaralova müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab Baş Prokuror,


Vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun 10 -cu maddəsinin 10.1 bəndinə əssasən vətəndaşın müraciətinə, müraciətin edilməsindən ən geci 30 iş günü müddətində baxilmalıdır. Lakin, 09 noyabr 2017-ci ildə Gədəbəy rayon icra hakimiyyəti tərəfindən mənə qarşı törədilmiş cinayət əməlləri barədə rəhbərlik etdiyiniz quruma etdiyim şikayətlər 3 aydır ki, cavabsız qalır. Baş prokurorluqdan mənə verilən cavablar yalnız tarixi dəyişdirilmiş, eyni cavablardır ki, orada da şikayətimin rayon prokurorluğu tərəfindən araşdırıldığı göstərilir. Ona görə də mən bu gün yenidən mətbuat vasitəsilə sizə müraciət etməyə məcbur olmuşam.

Cənab baş prokuror,

09 noyabr 2017-ci ildə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun göstərişi ilə mənə qarşı , qanuni sahibkarlıq fəaliyyətimin dayandırılması ilə nəticələnmiş cinayət əməlləri törədilib. Həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309 –cu maddəsinin(Vəzifə səlahiyyətlərini aşma) 1-ci və 2-ci bəndinin, həmin məcəllənin 186-cı maddəsinin 1-ci bəndinin və yenə həmin məcəllənin 190-cı maddəsinin (Sahibkarlıq fəaliyyətinə mane olma) 1-ci bəndinin tərkib əlamətləri var. Bu barədə cinayət işinin başlanması xahişi ilə sizə etdiyim müraciətlər rayon prokurorluğuna göndərilib. Dəfələrlə etdiyim müraciətlərdə sizdən xahiş etmişəm ki, rayon prokuroruna icra başçısının təzyiq etmə imkanının olduğunu nəzərə alıb araşdırmanı öz nəzarətinizə götürəsiniz. Buna baxmayaraq qeyd etdiyim kimi müraciətlərimin icrasını tapşırdığınız əməkdaşlarınız, yeni müraciətimi oxumadan, şikayətimə adekvat olmayan əvvəlki cavabı mənə gödərirlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, şikayət etdiyim gündən bu günədək rayon prokurorluğu tərəfindən bu məsələ ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Hadisədən 3 ay keçir, mənim qanuni sənədləri olan obyektim ətrafdan təcrid olunmuş vəziyyətdə qalmaqdadır. Sahibkarlıq fəaliyyətim dayanıb, mənə külli miqdarda ziyan dəyib və dəyməkdə davam edir. Mən bu müddətdə bütün aidiyyatı dövlət orqanlarına yüzlərlə şikayət məktubları göndərmişəm. Mən ölkənin hüquq mühafizə orqanlarının bir rayonun icra başçısı qarşısında göstərdiyi bu hərəkətsizliyini anlaya bilmirəm. Axı ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev öz çıxışında konkret olaraq bildirdi ki, “sahibkara mane olmaq dövlətə xəyanət etməkdir”. Elə isə, dövlətə xəyanət etmiş şəxs haqqında niyə tədbir görülmür? Hörmətli Zakir müəllim, mən tam məsuliyyətimlə bildirirəm, başçı tərəfindən mənə qarşı törədilmiş bu cinayətin səbəbi heç də onun dediyi kimi, hansisa qanunsuzluğun aradan qaldırılması deyil. Mən fəaliyyətimdə heç bir qanunsuzluğa yol verməmişəm, əksinə icra başçısı rayonda onlarla qeyri qanuni tikintilərin aparılmasına icazə verib. Başçının bu əməli törətməkdə məqsədi digər sahibkarların gözünü qorxutmaq, rayon əhalisi arasında dediyindən dönməyən, heç kimi saya salmayan bir məmur obrazı yaratmaqdır. Mən bir daha sizdən xahiş edirəm, icra başçısının dövlət orqanı tərəfindən mənə verilmiş çıxarışa məhəl qoymadan, konstitutsiya və qanunları tapdalayaraq, dövlət başçısının siyasəti əleyhinə törətdiyi cinayət əməlinin öz hüquqi qiymətini almasını təmin edəsiniz
Tarix: 7-01-2018, 16:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}