"Unibank” sədrinin Malta vətəndaşlığı almasının sensasion sirri - ÖZƏL

"Unibank” sədrinin Malta vətəndaşlığı almasının sensasion sirri - ÖZƏL
“Unibank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Eldar Qəribov müəmmalı şəkildə Malta vətəndaşlığı alıb

Palitika.Az-ın verdiyi məlumata görə, azərbaycanlı bankirə vətəndaşlıq 2016-cı ildə, fərdi investisiya proqramı çərçivəsində verilib. Bu barədə report Malta mətbuatına istinadən xəbər verib.


Belə iddialar var ki, E.Qəribov böhran yaşayan bank sektorunun vəziyyətinə vaqif olduğu üçün ölkədən getməyə hazırlaşır.

Son illərdə zərərlə fəaliyyət göstərən "Unibank"ın bank sektorunda mövqeyi ürəkaçan deyil. Hətta yeni ildə lisenziyasına xitam veriləcək banklar sırasında onun da adı var.

Kreditləri ödəmək çətinləşib, əmanətlərin qaytarılmaması riski var, adı müxtəlif dələduzluq, saxtakarlıq işlərinə qarışımış bir bankdır və bu halda E.Qəribov planlar cızmağa başlaya bilər.

Məsələn, “Unibank” “Hamının bəyənəcəyi Yeni il hədiyyəsini təqdim edir” adı altında rəsmi internet səhifəsində xəbər yerləşdirib.

Reklam xarakteri daşıyan xəbərdə bildirilir ki, şirkətlər 50, 100 və 150 AZN nominallı “Albalı Gift” kartını öz əməkdaşlarına və ticarət tərəfdaşlarına məmnuniyyətlə hədiyyə edə bilərlər.

Xəbərin başlığından istehlakçılar hədiyyə aksiyası olduğunu anlasalar da, xəbərin içində yazılanlarda banka məxsus olan kartın satışı nəzərdə tutulduğunu xəbəri oxuduqdan sonra başa düşürlər. Amma bu satış aksiya çərçivəsində qeyd olunur ki, bank kartı pulsuz təklif edir.

Belə ki, kartı əldə etmək üçün nominalı qədər ödəniş edilir ki, kartın nominalı 50, 100, 150 manat arası dəyişir. Yəni, 100 AZN-lik “Albalı Gift” kartı almaq üçün 100 AZN ödənilməlidir.

Bank aksiya çərçivəsində əldə olunan kart və müştəriyə xüsusi dizaynlı hədiyyə zərfində təqdim olunmasından əlavə xərc tələb etmir. Amma reklamda kartın itdiyi və ya zərər gördüyü halda bərpasının mümkün olmadığını da bildirmir.

Yəni kartın sığortalanmadığını və müştərinin kartı əldə etdiyi anda əlindən düşüb zərər görməsi nəticəsində ən az halda 50, ən çox halda isə 150 manatının itəcəyini reklamında əks etdirmir.

Palitika.Az-ın verdiyi məlumata görə, "Unibank"ın işçiləri krediti ödəməyə imkanı çatmayan şəxslərə hədə-qorxu gəlir.

Bankın kredit faizlərində fırıldaq edərək, müştərilərin hesabına əlavə borclar yüksələməsi, müştəriləri aldadaraq, fırıldaq yolu ilə pullar qazanması, “Albalı” kart kimi fırıldaq şəbəkəsini qurması artıq məlumdur.

Hələ borcu olan müştərilərin şəxsi əmlakını qeyri-qanuni yolla müsadirə edərək, bazar qiymətindən iki, yaxud üç qat ucuz qiymətə almasını demirik. Bütün bunlar ölkə mediasının zaman-zaman gündəmini zəbt edib.

Lakin bütün bunlara baxmayaraq, “Unibank”ın qanunsuz fəaliyyətini nəinki dayandıran, ümumiyyətlə bu haqda danışan belə yoxdur.

Məlumata görə, krediti gecikdirən, yaxud ödənişində xırda problem yaranan müştərilər bank tərəfindən sözün əsil mənasında təqib olunur.

Bankın kredit şöbəsinin əməkdaşları müştərilərin yaxın qohumlarına, ailə üzvlərinə zəng edərək, onlarla kobud şəkildə danışır, hətta təhqir də edirlər.

Qeyd edək ki, bankın kreditlər şöbəsində əlavə qeyri-rəsmi qaydada "problemli kreditlər şöbəsi” yaradılıb.

Bu şöbənin əməkdaşları bank sektorunda heç bir təcrübəsi olmayan, bəzən də ümumiyyətlə heç bir ali təhsilə malik olmayan insanlardan təşkil olunur.

Burada əsas şərt qolu zorlu və idmançı cüssəli olmaqdır. Çünki şöbə əməkdaşlarının işi müştəri ilə problemi ictimai qaydalarla deyil, məhz zor gücünə həll etməkdir.

Yayılan məlumatlara görə, qolu zorlu bank əməkdaşları devalvasiyadan sonra kredit borcunda problem yaranan müştərilərin evlərinə gedir və sözün əsil mənasında evi zəbt edirlər.

Təqaüdçü krediti - adından da göründüyü kimi, bu kredit əhalinin daha az təminatlı hissəsi üçün nəzərdə tutulub.

Amma "Unibank”ın kredit siyasətində şəxslərin təminatı deyil, öz maraqları əsasdır. Yəni bank üçün müştəriyə xidmətdən çox, müştəridən nə qədər çox qazanmaq prinsipi prioritet istiqamət təşkil edir.

Təqaüdçülərə kreditin 28 faizlə verilməsi də bunu göstərir. Təsəvvür edin, 200 manat təqaüd alan vətəndaş bankdan 1500 AZN kredit götürürsə, o, 2000 AZN-dən çox pul qaytarır.

Halbuki müştəri "şapka” tutulduğu üçün kağız üzərində yazılan 1500 əvəzinə, 1400 AZN nağd pul alır.

Maaş kartı "Unibank”dan olanlar üçün - bankın ən çox fırıldaq gəldiyi müştərilər bunlardır.

Çünki əmək haqqı birbaşa "Unibank” vasitəsilə köçdüyü üçün bank müştəri üzərində istədiyi formada "əməliyyat” apara bilir.

Bu kredit növünün də faiz dərəcəsi 29 faizdir. Ümumi məlumatlar göstərir ki, bank onun kartları vasitəsilə əmək haqqı alan müştərilərinə daha asanlıqla fırıldaq gələ bilir.

Misal üçün, müştərinin kartından günün istənilən vaxtı 1 manat çıxıla bilər. Yaxud müştərinin kartında əmək haqqı köçməmişdən öncə 97 qəpik qalıbsa, əmək haqqı karta köçən kimi həmin qəpiklər yoxa çıxır.

Əslində yoxa çıxmır, sadəcə bank tərəfindən tutulur və bu adətən müştəri tərəfindən hiss olunmur.

Məhz buna görə iqtisadçı ekspertlər maaş kartı ilə kredit alan vətəndaşlara əmək haqlarını kartda saxlamamaq tövsiyəsini verirlər.

Bütün bunlardan sonra E.Qəribovun Malta vətəndaşlığı alması, bankın bağlanacağı ehtimalını düşünməsi müəyyən hazırlıqlardan xəbər verir.

Qarşı tərəfi dinləməyə hazırıq.
Tarix: 7-01-2018, 23:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}