Qüvvələr toplanır: Rövşən Lənkəranskinin düşməni Lotu Quli ilə bir sırada

Qüvvələr toplanır: Rövşən Lənkəranskinin düşməni Lotu Quli ilə bir sırada
Zaman-zaman mərhum azərbaycanlı “qanuni oöru” Rövşən Lənkəranski ilə gərgin münasibətləriylə gündəmə gələn Kardava ailəsinin üzvü Türkiyəyə gedib.

Cebhe.info xəbər verir ki, "qanuni oğru" Qela Kardavanın qadaşı, kriminal aləmdə Qizo Qalski kimi tanınan Qizo Kardava Rusiya sərhədlərini tərk edib. Onun bu ölkəyə gəlişinə qadağa məhkəmədə qoyulub. Beləliklə, Qizo Kardava son zamanlar "qanuni oğru"ların toplaşma məntəsəqi hesab edilən Türkiyənin İstanbul şəhərinə gedib. Onun artıq 16 yanvarda Moskva-İstanbul reysi ilə ölkəni tərk etdiyi dəqiqləşib. Qizo Kardava barədə qərarı Moskva məhkəməsi verib. Bu, artıq onun ölkədən 5-ci deportasiyasdır.

Minqrel klanına aid edilən Qizo Kardavanın qardaşı Qela Kardava və qohumu Merab Mzarelua ilə birlkdə yaxın zamanda İstanbulda görüşəcəyi deyilir. Bu görüş Rusiya kriminal aləminin "xaç atası" Aslan Usoyanın ölümünün 5-ci ildönümü münasibətilə olacaq. Görüşdə bir çox məsələlərin müzakirəsi də gözlənilir. Bəzi dairələrdə Kardava qardaşlarının azərbaycanlı “qanuni oğru", hazırda İstanbulda yaşayan Lotu Quli ilə yaxınlaşacağı da istisna edilmir.
Tarix: 17-01-2018, 15:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}