“Onlar mənim övladıma mükafat təklif etməyiblər” – Yoldan pul tapan məktəblinin atası


“Onlar mənim övladıma mükafat təklif etməyiblər”
Yoldan 5 min manat pul tapan məktəbli İdris Abbasovun atası Zaur Abbasov hadisə ilə bağlı açıqlama verib.

O Unikal.org-a açıqlamasında baş verən hadisəni təsdiqləyib:

"Övladım səhər məktəbə gedir. Nahardan sonra elektrik ustalığını öyrənir. Dünən axşam evə gəldi və bildirdi ki, kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabı tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb. Övladım pul qabının içinə də heç baxmayıb. Sonradan məlum olub ki, onun içində 5 min pul olub. Özüm kənddə kafel-metlaq ustasıyam. Hazırda kiçik övladım xəstəxanadadır və onun yanındayam”.

Zaur Abbasov övladına tapdığı pula görə, təklif olunan mükafatdan imtina etməsi məsələsinə də aydınlıq gətirib:

"Onlar mənim övladıma pul təklif etməyiblər. Əlbəttə, bunu edə bilərdilər. Usta adamam, zəhmətlimlə ailə saxlayıram. Pula da ehtiyacımız var. Onlar tapılan pula görə, övladımı mükafatlandıra, ən azından evimə gəlib, bunu edə bilərdilər. Bir kəndin adamlarıyıq. Amma yenədə halal xoşları olsun”.
 
Tarix: 30-04-2018, 15:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}