İşdən çıxarılan Heydər Əsədov haradadır?
Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı.
Qeyd edək ki, bu beşillik dövrdə onun başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən H.Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi - tikildi. Xatırladaq ki, H.Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı. Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu.
Çoxsaylı binaların tikintisi ilə yanaşı, H.Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti aiddir.
Ayrılan bu qədər vəsaitlərin qarşılığında H.Əsədovun rəhbərliyi dövründə aqrar sektorun yüksək inkişafına nail olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Son beş ildə nazirliyin tabeliyində olan ayrı-ayrı strukturların fəaliyyətindəki qaranlıq nəinki azaldı, əksinə, daha da çoxaldı. Xüsusilə dövlətin kənd təsərrüfatı istehsalçılarına ayırdığı subsidiyaları paylayan, kənd təsərrüfatı texnikasının alınmasına yönəldilən yüz milyonlarla manat vəsaiti xərcləyən, güzəştli gübrə-maşın satan “Aqrolizinq” ASC, idxal-ixrac prosesləri zamanı sahibkarların qəniminə çevrilən Dövlət Fitosanitar Nəzarəti Xidməti, maldar fermerlərin canını boğazına yığan Dövlət Baytarlıq Xidməti kimi qurumların işində hansısa şəffaflıq, açıqlıq qeydə alınmadı. Bu qurumlarda, elə bütövlükdə nazirlikdə dəyişən yalnız komanda oldu. Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, H.Əsədov heç zaman kəndlinin, fermerin yanında ola bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə” deməkdən çəkinmədi. İş o yerə çatdı ki, cənub zonasında öz yerində taxıl deyil, daha çox gəlir gətirən sitrus meyvələri əkmək istəyən sahibkarlar ölkə rəhbərliyinə üz tutmalı oldular.
H.Əsədov qudası, sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirərkən öz postunu saxlaya bilmişdi. Hətta aqrar sektor üçün əlavə irihəcmli dövlət vəsaitlərinin ayrılması onun kreslosunda möhkəmləndiyi görüntüsü yaratmışdı. Buna görə də onun yeni kabinetdə yer almayacağı bir çoxları üçün gözlənilməz oldu. Deyilənə görə, elə H.Əsədovun özü üçün də qərar gözlənilməz olub. Onun vəzifəsini itirdiyinə görə ciddi depressiya keçirdiyi deyilir. Eyni zamanda sabiq nazirin qərara görə həm də əsəbi olduğu bildirilir. Yəqin elə buna görə də ona zəng vuran jurnalistlərə qəzəbli cavab verərək “məşğulam” deməklə sualları cavablandırmaqdan yayınıb.
Yeri gəlmişkən, H.Əsədovun yerinə təyin olunan İnam Kərimovu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Təqdimat zamanı administrasiya rəhbəri H.Əsədovun fəaliyyətini qiymətləndirən fikirlər səsləndirməyib. Halbuki Dövlət Miqrasiya Xidmətinin, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərlərinin təqdimatı zamanı əvvəlki məmurların fəaliyyətini kəskin şəkildə tənqid etmişdi.
“Yeni Müsavat”
Tarix: 2-05-2018, 08:59
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}