Lənkəranlı deputatın məlumat lövhəsində “gizli kod” - FOTO
Lənkəranlıların deputat sarıdan heç bəxti gətirməyib. Sorğu keçirin, bir lənkəranlı seçici xatırlamaz ki, nə vaxt millət vəkili onlarla görüşə gəlib.
► Lövhədəki heroqliflər…
Deputat Hadı Rəcəbli haqda əlavə təsvirə və şərhə ehtiyac yoxdur. Onu təkcə lənkəranlı seçicilər deyil, cəmi azərbaycanlılar tanıyırlar.
Şəhərin ikinci deputatı isə Rüfət Quliyevdir. Onun da “European Tobacco-Baku” ASC-də tütün biznesinə başı o qədər qarışıb ki, Lənkəranda qoyulan məlumat lövhəsində məlumat yazmaq yadından çıxıb.
AzEuroNews.com xəbər verir ki, feysbukda paylaşılan fotodan görünür ki, R.Quliyev analoqsuz yeniliyə imza atıb.
Biznesmen deputatın məlumat lövhəsində o qədər şifrəli, gizli kodlar, Qobustan qayalarında belə görünməmiş hərflər var ki, məlumatı oxumaq üçün gərək “Tarixi Nadiri” yarıya qədər mütaliə edəsən.
Belıə ki, R.Quliyev öz fəaliyyəti barədə seçicilərinə məlumat vermək üçün xüsusi “məlumat guşəsi” yaradıb. Sadəcə fəaliyyət olmadığından, məlumat da yoxdur…
Ya da biz biçarələr anlaya bilmirik. Ola bilsin ki, daş kitabələrdə, heloqriflərdə, qədim əlifbada bu lövhədəki mübhəmin şifrələrinin açması var. Nə deyəsən, bizimkilərin təəccübləndirmək istedadı tükənmir.
► Kiyevin professoru
R.Quliyev elə-belədeputat deyil. O, III, IV və V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvüdür.
MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, GUAM-ın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin üzvüdür.
İqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür.
► YAP-çı deyil, 300 elmi əsəri var…
300-ə yaxın elmi əsər və məqalənin (o cümlədən 7 monoqrafiya, 4 dərslik, 3 broşüra) müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.
Görəsən, bütün bunları necə sığışdırıb çatdıra bilib? 300 elmi əsəri dünya alimləri də yazmayıb.
Maraqlıdır ki, R.Quliyev bitərəfdir, yəni YAP-a üzv olmayıb. Hər halda vikipedik məlumatda belə qeyd olunub. Azərbaycan, ingilis və rus dillərini isə mükəmməl bilir. İnanılmazdır.
► İt-pişik yemi və sələmçilik
Və son bir xatırlatmanı yada salmaq zəruridir. 300 elmi əsərin müəllifi olan professor deputat mətbuatda tütün biznesindən əlavə sələmçi kimi ad çıxarıb.
2011-ci ildə deputat it-pişikləri üçün yem alarkən iş adamı Namiq Səfərovla tanış olub. Bu tanışlıqdan sonra N.Səfərov deputatın itlərinə Avropadan 1-2 dəfə pulsuz yem gətirib.
Günlərin birində söhbət əsnasında iş adamı biznesini böyütmək üçün pul axtardığını deputata deyib.
Deputat bir neçə ayın içində 10 faizlə iş adamına 81 min 850 dollar verib. N.Səfərovla imzalanan müqavilələrə görə deputat 2011-ci ilin oktyabrından pulların faizini almalı olub.
2011-ci ilin oktyabrında N.Səfərov deputata bildirib ki, faizləri ondan almasa, həmin faizləri də əsas borc məbləğinə – 81 min 850 dollara əlavə edib ona faizlərə görə də faiz ödəyəcək. Deputat bu təkliflə dərhal, tərəddüdsüz razılaşıb.
Növbəti dəfə deputata faizin ödənilməsi vaxtı çatanda N.Səfərov digər biznes sahəsinə pul yatırdığını, Bolqarıstandan ölkəyə xüsusi təyinatlı geyimlər gətirəcəklərini söyləyib.
Təklif edib ki, deputata verdiyi pulların faizləri əsas məbləğə əlavə olunmuş hesab etsin, həmin pulların faizlərini də hesablayıb alacağı faizlər kimi nəzərində saxlasın. Deputat bu təklifə də yox deməyib, tərəddüdsüz razılaşıb.
2014-cü ilin əvvəllərindən başlayaraq devalvasiya söhbətlərini, bankların kredit verilməsində problemlərin yarandığını eşidən deputat N.Səfərovdan pullarını təcili olaraq geri qaytarmasını tələb edib.
► İş adamının ölümü və…
İş adamı isə deputata deyib ki, pulları onun razılığına əsasən dövriyyəyə buraxıb, bu səbəbdən də onun tələbini yerinə yetirə bilmir. Tərəflər arasında yaranan narazılıq münasibətlərin korlanmasına səbəb olur.
Faizləri ödəyə bilməyən iş adamı isə vəziyyətdən çıxış yolu axtardığı bir vaxtda, 2015-ci ilin aprelində qəfildən dünyasını dəyişib.
Bundan sonra deputat faiz davasını mərhum iş adamının yaxınlarına qarşı açıb. Məhkəməyə müraciət edərək mərhum N.Səfərovun ailəsindən pullarını, pullara hesablanan faizləri geri tələb etməyə başlayıb.
Məsələ 2016-cı ilin bu günlərinə qədər uzanıb və deputat Səbayel Rayon Məhkəməsinə üz tutub.
Vəssalam, deputatın Lənkərandakı məlumat lövhəsində bu fəaliyyəti haqda məlumatlar olmasa da, mətbu lövhəsində açıq-aydın var.
Hörmətli deputatın müsahibəsini dərc etməyə çalışacağıq.
Mənbə: www.azeuroews.com
Tarix: 4-05-2018, 09:04
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}