Bakıda “oğru dünyası”nın bu simvoluna maraq artıb: Qızılı, gümüşü də var: Sevgililər də özlərini “kriminal general” sayır - FOTOLAR


Son zamanlar gənclər arasında “oğru” dünyasına maraq artır, “oğru” olmaq həvəsinə düşənlərin sayı çoxalır. Onlar əjdaha, ilan, canavar, əqrəb, pələng və digər heyvanların döymələrini bədənlərinə vurmaq, əllərinə təsbeh almaqla “lotu”lara bənzəməyə çalışırlar. Gənclərin “oğru aləmi”nə olan həvəsi şəhərdə də özünü göstərməyə başlayıb.

Cebhe.info xəbər verir ki, artıq şəhərdə təsbeh satan yerlərin sayı ötən illərlə müqayisədə hədsiz artıb. Hətta təsbehlərə xüsusi ad yazmaq, bəzək vurmaq da dəbə minib. Təsbehlərə təlabat o qədər artıb ki, artıq sosial şəbəkələrdə də bu işin satışı ilə məşğul olan onlarla səhifə var.

Yolumuzu yerli sakinlərlə birgə turistlərin də ən çox istirahət edib gəzdiyi İçərişəhərdən saldıq. Burada olan satış məntəqələrində müxtəlif fiqurlu təsbehlər təklif edilir. Qiymətləri isə 3-25 AZN arasında dəyişir.

Satıcıların dediklərinə görə, təsbehlərlə maraqlananların çoxu gənclərdir.

“Qədimdə dini ibadət zamanı daha çox işlədilən təsbehlər son dövrlərdə gənclər arasında məşhurlaşıb. Onlar təsbehlərə maraq göstərir və tez-tez gəlib alırlar. Turistlərə də təsbehlər maraqlı gəlir”.

İçərişəhərdən uzaqlaşaraq yolumuzu başqa kiçik mağazalardan birinə salırıq. Burada olan satıcı Oqtay təsbeh almaq üçün məktəblilərin də gəldiyini deyir:

“Gün ərzində təsbeh almaq üçün dükana çoxları gəlir. Bunlar arasında məktəblilər, gənclər üstünlük təşkil edir. Əvvəllər təsbeh almaq üçün daha çox yaşlı təbəqə bizə müraciət etsə də, hal-hazırda vəziyyət başqa cürdür. Qiymətlər isə təsbehlərdən asılı olaraq dəyişir. 5 AZN-dən, 300-400 AZN-ə qədər, hətta daha başa gələn təsbehlər də var. İstəyənlər üçün təsbehlərin gümüş və ya qızılını da təklif edirik”.

Onlayn satış səhifələrində olan qiymətlər isə 15-500 AZN arasında dəyişir. Maraqlı məqamlardan biri isə son vaxtlarda cütlüklərin də təsbehə olan həvəslərinin artmasıdır. Satış səhifələrində paylaşılan şəkillərdən bunu açıq-aşkar hiss etmək olur. Onlar baş hərflərinin olduğu təsbehlərə daha çox üstünlük verirlər.


Tarix: 4-05-2018, 15:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}