Kriminal avtoritetin cəbbəxanası: Odlu silahlar, minlərlə patron və ... 4 BTR


Kriminal avtoritetə məxsus binanın anbarında əsl cəbbəxana tapılıb.

Cebhe.info xəbər verir ki, əməliyyat Rusiyanın Samara şəhərində keçirilib. İş adamı Sergey Marçenkoya məxsus binada 52 odlu silah, 35 mindən çox patron, 4 BTR tapılıb. Bu şəxs kriminal aləmdə “Marçello” ləqəbilə tanınıb. Silahlar üçün icazə alınmış olsa da, onlar kolleksiya üçün sənələşdirilib. Artıq silah nümunələri ekspertizaya göndərilib. 

Marçello xüsusilə ötən əsrin 90-cı illərində kriminal dünyada söz sahibi olub, nüfuzlu avtoritet kimi tanınıb. 1999-cu ildə yerli mətbuat ona məxsus iqamətgahda 13 qızın qaçırılması  və zorlanması barədə məlumatlar yayıb. Ancaq Marçello özü şəxsən cinayət məsuliyyətinə cəlb edilməyib. Bu hadisələrdən sonra o, Samara vilayətini tərk edib, ancaq müəyyən müddət sonra geri dönüb.  2015-ci ildə isə eyni ad-soyadlı şəxs vəkil statusu alıb. 

Xəzər

Tarix: 7-05-2018, 16:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}