“Şaron dedi ki, həyatda ən zövq aldığı şey tankın üzərinə çıxıb fələstinliləri öldürməkdir” – Ərdoğandan İsrailə sərt ittihamlar


“Şaron dedi ki, həyatda ən zövq aldığı şey tankın üzərinə çıxıb fələstinliləri öldürməkdir”
“BMT-nin qurluşunu yenidən tərtib etmək məcburiyyətindəyik. Əlbəttə bu BMT Təhlükəsizlik Şurası üzvü olan beş ölkənin xoşuna gəlmədiyi kimi, digər dövlətlər də bunlardan qorxur. Amma bizim kimsədən qorxumuz yoxdur. Biz Allaha bağlıyıq, son nəfəsimizə qədər də doğru olanı deyəcəyik”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Zeytin budağı Sülh Mükafatları Mərasimi və Qüdsün Son Yüz ili” adlı toplantıda deyib. Ərdoğan Fələstin problemindən də danışaraq, İsrailə qarşı sərt ifadələrdən istifadə edib.

“Fələstin davası təkcə bir şəhərin davası deyil. Fələstinlilər dünyadakı bütün məzlumların simvoludur. İsraildən iki dünyada da iddiaçı olacağıq. Biz bunları yaxşı tanıyırıq, yaxşı bilirik. Bunlarda nə insani, nə vicdani bir qabiliyyət yoxdur. Bu üzdən də bütün məzlumların səsi olaraq “dünya 5-dən böyükdür” deyirik. Dünya 2-ci Dünya Müharibəsinin şərtləri vaxtındakı dünya deyil. BMT-nin qurluşunu yenidən tərtib etmək məcburiyyətindəyik. Əlbəttə bu BMT Təhlükəsizlik Şurası üzvü olan beş ölkənin xoşuna gəlmədiyi kimi, digər dövlətlər də bunlardan qorxur. Amma bizim kimsədən qorxumuz yoxdur. Biz Allaha bağlıyıq, son nəfəsimizə qədər də doğru olanı deyəcəyik.

Fələstin davası qadınların da dəstək verməsi ilə yüksələcək və qələbəyə nail olacaqdır. Qulaqlarını fələstinli qadın və uşaqların fəryadına bağlamış olanlar özlərini daha güvənli bir dünyada hiss edirsə, ortada daha dəhşətli bir vəziyyət var. Bizə düşən daim haqqın, haqlının yanında yer almaqdır.

Fransızlar Əlcəzairdə milyonlarla müsəlmanı öldürdülər. Kimsənin səsi çıxdımı? Türkiyə dünyanın ən böyük 17-ci iqtisadiyyatına malik olmasına baxmayaraq, humanitar yardımlarda birinci yerdədir. Bax, bu bizim fərqimizdir. Humanitar yardım, neft, qızıl, sələm gətirməz. Bu üzdən də ən böyük əmin-amanlıq bizdədir. Bu ana qədər mühacir qardaşlarımıza 31 milyard dollarlıq yardım etmişik. Həmd olsun, Allah bərəkətini verir.

İsrailə cəmi 1 dəfə səfərim oldu. O zaman Şaron baş nazir idi. Fələstin tərəfinə keçəcəydik, bizə zülm etdilər. Maşınları axtarmaq 1 saat 45 dəqiqə çəkdi. Səfəri yarımçıq qoyub qayıtmaq da mümkün deyil, bunu da edə bilmirsən.

İkitərəfli görüşdə bir şey danışdı Şaron mənə. Dedi ki, həyatda ən çox zövq aldığım şey fələstinliləri öldürən zaman tank üzərində olduğum vaxt idi. Təsəvvür edirsinizmi, bu insanların xarakteri budur” – Ərdoğan belə deyib.
 
Tarix: 7-05-2018, 16:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}