Rektorun əcaib maaş qaldırma mexanizmi... - Özü DANIŞIR


Rektorun əcaib maaş qaldırma mexanizmi...
"Faktiki olaraq işə cəlb olunmayıb, adı işdə gedən 200-ə yaxın müxtəlif işçini ixtisara saldıq. Bu cür struktur dəyişikliyi sayəsində əmək haqqını qısa bir zamanda, orta hesabla, təxminən 2 dəfə artıra bildik”.

Dia.az xəbər verir ki, bu sözləri azedu.az saytına müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı deyib. Onun sözlərinə görə, rektor təyin olunandan sonra universitetdə bir çox maxinasiyaları aşkarlayıb: "Tələbələrin təqaüdlərində seçim düzgün olunmalıdır, haqqı çatan təqaüd almalıdır. Müəllimlərin də həvəsli fəaliyyəti üçün məvacibi kifayət qədər olmalıdır. Hələ Azərbaycan manatının dollara nisbəti bərabər olduğu vaxtlarda bu işi həyata keçirdik. Beləliklə, insanlarda işə rəğbət yarandı. Həmin vaxtlarda universitetdə kafedraların sayı 50-ə yaxın idi. Dərs bölgüsünə də əl gəzdirildi, lüzumsuz bölmələr, qruplarda süni artırılmış saatlar yığışdırıldı. Təsəvvür edin, bir ildə 40.120 saat ixtisara salındı. Bu isə, orta hesabla 80 müəllimin dərs yükü deməkdir. Deməli, ixtisara qədər düz 80 müəllim bu saatları lazımsız yerə qazanıblar”.

Rektor əlavə edib ki, bu neqativ hallar aradan qaldırıldıqdan sonra təhsilin keyfiyyətinin artırılması üçün müxtəlif istiqamətlərdə layihələr həyata keçirilib: "Daha sonra tədris proqramlarına baxıldı. Qarşıya qoyduğumuz əsas məqsədlərdən olan tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, daha hazırlıqlı tələbələrin tədrisə cəlb olunmasına hesablanmış addımlar atmağa başladıq. Bizim üçün universitetə qəbul olan tələbələrin sayının ölkənin prioritet istiqamətlərinə uyğun gələn ixtisasların hesabına artırmaq vacib idi. Əlavə olaraq, ən önəmli məsələlərdən biri də, ingilisdilli təhsili bərqarar etmək idi. Düzdür, ADNSU-da 2015-ci ilə qədər də ingilisdilli təhsil var idi, lakin bu epizodik xarakter daşıyırdı. Aparılan islahatlar nəticəsində biz artıq 2016/2017-ci tədris ilindən ingilisdiili təhsil sahəsində nəzərəçarpacaq uğurlar əldə etdik. 2017/2018-ci tədris ilindən isə 500 nəfərdən çox ADNSU tələbəsi 21 ixtisas üzrə ingilis dilində tədris alır. İlk dəfə olaraq ingilis dilində təhsil alan tələbələrin sayı rus bölməsində təhsil alan tələbələrin sayından çoxdur.

Bildiyiniz kimi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı qazanan təxminən 5 min gənc dünyanın top 100-universitetində təhsil almalı idilər. Layihə uğurla həyata keçirildi və yekunlaşır. 3500-dən artıq Azərbaycan gənci 3 səviyyədə (bakalavriat, magistratura, doktorantura) təhsillərini əsasən başa vurub və ya təhsilllərinin son mərhələsindədirlər. Məzun olan gənclər hazırda müxtəlif qurumlarda, o cümlədən universitetimizdə də müxtəlif vəzifələrdə, hətta dekan müavini vəzifəsində çalışırlar. Onların da gücündən yararlanaraq biz işlərimizi zamanla təkmilləşdiririk”.
 
Tarix: 9-05-2018, 16:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}