I qrup gözdən əlil şəkər xəstəsindən I Vitse-Prezidentə MÜRACİƏT...







Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

MÜRACİƏT

Hörmətli Mehriban xanım!

Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin dövlətimizin inkişafında xidmətləri olmuş elm, incəsənət və əməkdə fərqlənən şəxslərin, əlillərin üzərində məxsusi diqqət və qayğısının dəfələrlə şahidi olmuşuq.
Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş ənənələr hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yuxarıda qeyd etdiklərimə tam əmin olduğumdan şəxsən Sizə müraciət edirəm.
Hörmətli Mehriban xanım. Sizin, əlillərin sosial rifahının yaxşılaşdırılması, təhsilin, elmin inkişafında gördüyünüz məqsədyönlü işlər biz gözdən əlillərdən də yan keçmir. Belə ki, Sizin gözdən əlillər üçün bir çox peşə kurslarının yaradılmasına, əlillərin xüsusi kompüterlərlə pulsuz təmin olunmalarına köməkliyiniz mənim də Sizə müraciət etməyimə səbəb olmuşdur. Belə ki, mən şəkər xəstəsi və I qrup gözdən əliləm. Daim ev şəraitində oluram. Ətraf aləmdən tam təcrid olunmuşam. Dəfələrlə tərəfinizdən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az.GƏC) xətti ilə əlillərə paylanmış pulsuz kompüter almaq üçün Az.GƏC-in sədri S.Abdullayevə bir neçə dəfə müraciət etmişəm. Lakin heç bir nəticəsi olmamışdır. Dövlət Sosial Təminat Xidmətindən isə bildirilib ki, “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı”nda bu məqsəd üçün vəsait nəzərdə tutulmadığından qaldırdığınız məsələnin həllinə köməklik göstərilməsi imkan xaricindədir”. 

Hörmətli Mehriban xanım!
 
Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirəm ki, mənim də bir ağır şəkər xəstəsi və I qrup gözdən əlil olduğumu nəzərə alaraq səsli kompüterlə təmin olunmağıma köməklik edəsiniz. 

Qasımov Rövşən Nurəli oğlu,
Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 63, mənzil 65
Tel: (070) 648 34 57 
Tarix: 9-05-2018, 22:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}