''Uşaqların gözü qarşısında icra hakimiyyəti evimi dağıdıb''VIDEO




''Uşaqların gözü qarşısında icra hakimiyyəti evimi dağıdıb''



''Evimi azyaşlı uşaqlarının gözü qarşısında ağır texnika ilə dağıdıblar. Uşaqlar qorxularından ağlaşaraq kənara çəkilərək evin dağıdılmasına baxıblar. Bunu Allah götürməz axı...''.
Bu fikirləri Maştağa sakini Ruzbek Həsənov Criminal.az saytına açıqlamasında deyib. Onun sözlərinə görə, evi Sabunçu rayonu, Matağa qəsəbəsi Məktəb döngəsində yerləşir. Evin bütün sənədləri qaydasındadır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilib. Amma heç bir xəbərdarlıq edilmədən hasarı və həyətdəki köhnə evi dağıdılıb. 
''İşdən sonra evə getdim ki hər şey yerlə-yeksan edilib. Polisə məlumat verdim, bildirdilər ki onların xəbəri yoxdur. İcra başçısı Adil Vəliyevin qəbuluna gəlsəm də, qəbul etmədi. İndi bilmirəm dərdimi kimə deyim? Belə qanunsuzluq olar?''-deyə şikayətçi bildirdi. 
İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Əlican Xəlilov Criminal.az saytına bildirdi ki, həmin evin sahibi yaxınlıqdakı məktəbin ərazisini zəbt edib.
İcra nümayəndəsinin sözlərinə görə, bu işdə indiki mülkiyyətçinin heç bir günahı yoxdur: ''Torpağı ona satan şəxs edib. Çalışırıq hazırki milkiyyətçi Əlimurad Həsənova kömək edək. Hasarını çəkəcəyik. Elə edəcəyik ki, problemi həll edilsin''.

Tarix: 2-07-2018, 23:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}